"İran İsraili yox etmək istəyir"

© REUTERS / Gali TibbonBenyamin Netanyahu
Benyamin Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib

BAKI, 28 avqust — Sputnik. "İran Suriyadakı vəziyyətdən istifadə edərək İsraili yox etmək istəyir". Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu paytaxt Təl-Əvivdə BMT-nin Baş katibi Antoni Quterreşlə görüşü zamanı deyib.

"İran Livan və Suriyada yüksək dəqiqliyə malik raketlərin istehsalı üçün gizli bazalar tikir. Onların məqsədi İsraili məhv etməkdir" — Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail dövləti bu faktla heç vaxt barışmayacaq. Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib.

Xəbər lenti
0