Zapatista lideri Subcommander Marcos

Yüz ilin üsyançıları silahı yerə qoydular: “Qandan bezmişik”

77
Meksika hökuməti, ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən narkotik kartellərlə yarım əsrə yaxındır ki, mübarizə aparır

BAKI, 28 avqust — Sputnik. Meksikada cinayət hadisələrinin durmadan artması "Zapatista" (Milli Qurtuluş Ordusu) qıyamçı təşkilatını silahlı mübarizə yolundan döndərib. Sputnik Azərbaycan "New York Times"-a istinadən xəbər verir ki, təkcə ötən il bu ölkədə 23 min cinayət törədilib. Artıq iş o yerə çatıb ki, Meksikanın ən böyük üsyançı təşkilatı sayılan "Zapatista" gedişatdan narahat olaraq mesaj yayıb və silahı yerə qoyduğunu açıqlayıb.

Artıq 100 ildir Meksikanın Çiapas bölgəsində fəaliyyət göstərən "Zapatista"nın nümayəndəsi qandan bezdiklərini vurğulayıb. Bununla belə, təşkilat gələcəkdə  yenidən silaha qayıda biləcəyini də istisna etməyib.

"Silahlı olmağımız elə də çətin deyil. Ancaq silahı tərk eləməyimiz çox çətin seçimdir. Biz bunu edirik" — "Zapatista"-nın sözçüsü Karlos Qonzales deyib.

Qeyd edək ki, Meksika hökuməti, ölkənin müxtəlif yerlərində fəaliyyət göstərən narkotik kartellərlə yarım əsrə yaxındır ki, mübarizə aparır. Son 10 ildə isə mübarizə açıq savaş mərhələsinə keçib. Bu müddət ərzində 100 mindən çox insan ölüb, 30 min nəfər isə itkin düşüb.

77
Teqlər:
üsyançı təşkilat, Meksika, cinayət, silah
Əlaqədar
20 il axtarışda olan mafiya lideri yatdığı yerdə həbs olundu
Barak Obama "silah mafiyası" ilə bacara bilmədi
İtaliyada mafiya ilə əlaqəsi olan 44 nəfər həbs edilib
Azərbaycanın iş dünyasında mafiya davasına bənzər hadisə baş verib