İtkin düşmüş amerikalı əsgərlərin meyitləri tapıldı

© Sputnik / Vladimir Pirogov / Mediabanka keçidНа авиабазе США сменилось командование
На авиабазе США сменилось командование - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarış-xilasetmə əməliyyatına Malayziya, Sinqapur, İndoneziya və Avstraliyanın Sahil mühafizə xidməti əməkdaşları da yardım edib

BAKI, 28 avqust — Sputnik. Birləşmiş Ştatlara məxsus "John S. McCain" hərbi gəmisinin Sinqapur sahillərində yük gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş 10 nəfər amerikalı əsgərin meyiti tapılıb. Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, məlumatı ABŞ Hərbi-Dəniz Qüvvələri yayıb.

Axtarış-xilasetmə əməliyyatına Malayziya, Sinqapur, İndoneziya və Avstraliyanın Sahil mühafizə xidməti əməkdaşları da yardım edib.

Xatırladaq ki, avqustun 21-dı Malakka boğazı yaxınlığında ABŞ donanmasına məxsus "John S. McCain" döyüş gəmisi Liberiya bayrağı altında üzən "Alnic MC" adlı tankerlə toqquşaraq zədələnmişdi. Hadisə zamanı 5 hərbçi yaralanıb, 10-u itkin düşmüşdü.

Xəbər lenti
0