Ərdoğan və Merkel

Merkelə qarşı "Ərdoğan üsyanı"

263
(Yenilənib 18:47 28.08.2017)
"Nə vaxta kimi heç bir addım atılmayacaq?"

BAKI, 28 avqust — Sputnik. Almaniyanın Sosial Demokrat Partiyasının rəhbəri Martin Şults, kansler Angela Merkelin Türkiyə siyasətini sərt tənqid edib. Sputnik Türkiyə xəbər verir ki, M. Şults xanım Merkeli Ərdoğanın təxribatlarına qarşı tərəddüdlü mövqe sərgiləməkdə ittiham edib.

"Cənab Ərdoğanın bizi barmağına dolamasını nə vaxta qədər izləyəcəksiniz? Nə vaxta kimi heç bir addım atılmayacaq?" — Şults deyib.

Xatırladaq ki, alman hökuməti Türkiyədə olan alman məhbusların azad edilməyəcəyi təqdirdə bu ölkə ilə gömrük razılığının yenilənməyəcəyini açıqlamışdı.

263
Teqlər:
Martin Şults, Angela Merkel, Ərdoğan, Türkiyə, Almaniya
Əlaqədar
Nazir Ərdoğana meydan oxudu: “Bu adam prezident olduğu müddətdə...”
Ərdoğandan yeni "Qüds" açıqlaması
Avropadan Ərdoğana hədə: İşimizə qarışsan...
Ərdoğanın Merkeli devirmək planının üstü açıldı
Ərdoğan İrana hansı mesajı aparır?
Çinlilər Ərdoğanın sözü ilə Türkiyəyə axın etdilər

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

0
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

0
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

4
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4