Fil xəstəliyinə tutulan qadın

Qadını ağcaqanad dişlədi, ayağı fil ayağına döndü

73
İnfeksiya düşəndən sonra qadının sağ ayağı şişərək 60 kiloqramı ötüb

BAKI, 27 avqust — Sputnik. Banqladeşdə yaşayan bir qadın, 18 il əvvəl bir ağcaqanad tərəfindən dişlənildikdən sonra "fil xəstəliyi"nə tutulub. Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, 40 yaşlı qadın 18 ildir bu xəstəliklə yaşayır və hazırda xəstəxanada müalicə alır.

"20 il əvvələdək heç bir sağlamlıq problemim yox idi. Hamı kimi sağlam idim. Sonra ayağımdan ağcaqanad dişlədi. Qısa müddət sonra ayağım yavaş-yavaş şişməyə başladı. Xəstəxanaya gəldiyimdə mənə "fil xəstəliyi"nə tutulduğumu dedilər" — qadın danışır.

Onun sözlərinə görə, hazırda həmin ayağının çəkisi 60 kiloqramı keçib. Tualetə də tək başına gedə bilmir. Həkimlər qadının ayağının normal hala gəlməsi üçün uzun müddət müalicənin aparılmasının lazım olduğunu söyləyiblər. İnfeksiya düşəndən sonra qadının sağ ayağı şişərək 60 kiloqramı ötüb və onun ayağı fil ayağına oxşayır.

Mütəxəssislər "fil xəstəliyi"ni nəzarət altına almağın çətin olduğunu ifadə edərək, parazit sürfələri daşıyan ağcaqanadların "fil xəstəliyi"ni yaydıqlarını bildirirlər. Bu xəstəliyə, daha çox Afrika, Orta və Cənubi Amerika, Cənubi Asiya və Sakit okean adalarında rast gəlinir.

73
Teqlər:
"fil xəstəliyi", ağcaqanad, ayaq, Banqladeş, qadın
Əlaqədar
Əncirin inanılmaz xeyiri: bu xəstəlikləri müalicə edir
Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun
"Duzlu göl" müəmması: 50 qəpiyə başa gələn şəfa, yoxsa xəstəlik mənbəyi?
Nadir xəstəliklərdən əziyyət çəkənlərə müjdə: nazirlik...
Azərbaycanda bir neçə məhbus xəstəlikdən ölüb