Milyonların izlədiyi telelayihə fəaliyyətini dayandırdı

© Photo : STAR "Zühal Topalla" izdivac
Zühal Topalla izdivac - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə kanaldan rəsmi açıqlama verilib

BAKI, 26 avgust — Sputnik. Türkiyənin Star TV kanalından yayımlanan "Zühal Topalla" izdivac proqramı dayandırılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kanaldan rəsmi açıqlama verilib.

Veriliş yeni mövsümdə tamaşaçı qarşısına çıxmayacaq: "Star TV izdivac proqramını yayımdan qaldırıb, televiziya gələn ay yeni formatda tamaşaçı qarşısına çıxacaq. Evlilik verilişləri dəfələrlə ictimaiyyət tərəfindən tənqid olunub. Bu həssaslığı əsas tutaraq belə bir qərar qəbul etdik".

Layihənin aparıcısı Zühal Topal isə fərqli formatda olan bir proqramla efirə çıxacaq.

Xəbər lenti
0