Səudiyyə Ərəbistanının Sanaa şəhərində baş vermiş hava hücumundan sonra, insanlar dağıntılar arasında yaxınlarını axtarır

Döyüş təyyarələri yaşayış evlərini bombalayıb

30
(Yenilənib 16:39 25.08.2017)
Hücum zamanı 14 nəfər həyatını itirib, çox sayda insan dağıntılar altında qalıb

BAKI, 25 avqust — Sputnik. Yəməndə Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri vətəndaşların yaşadıqları evləri bombalayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı 14 nəfər həyatını itirib, çox sayda insan dağıntılar altında qalıb. Ölənlər arasında azyaşlı uşaqlar da var.

Yerli qaynaqların verdiyi məlumata görə, təyyarələr Səna şəhərinin Fəc Atan bölgəsində 4 fərqli nöqtəni vurub. Əl-Məsira telekanalından bildirilib ki, gecə həyata keçirilən hücumdan sonra dağıntılar altında vətəndaşlar qalıb.

30
Teqlər:
döyüş təyyarələri, Səudiyyə Ərəbistanı, Yəmən
Əlaqədar
Yəməndə 11 qiyamçı öldürülüb, onlarla silahlı yaralanıb
ABŞ Yəmənə raket zərbələri endirib
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Yəməndə terrorçu-kamikadze özünü partladıb, 41 nəfər ölüb