Baş nazirin səlahiyyətləri alındı, kəşfiyyat xidmətinə nəzarət "əl dəyişdirdi"

© Photo : AFP PHOTO / TURKISH PRESIDENTIAL PALACE PRESS OFFICE / KAYHAN OZERTürkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli
Türkiyə Təhlükəsizlik Şurasının toplantısı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra kəşfiyyat qurumu ordu ilə bağlı məlumatlar toplayaraq aidiyyatı qurumlara ötürəcək

BAKI, 25 avqust — Sputnik. Türkiyədə 1 ildir davam edən fövqəladə vəziyyət rejiminə uyğun olaraq yeni qərarlar açıqlanıb. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, yeni qərara əsasən, Baş nazirin bəzi səlahiyyətləri prezidentə həvalə edilib.

Milli İstihbarat Təşkilatının (MİT — Milli Kəşfiyyat İdarəsi — MKİ) rəhbərinin istintaqa cəlb edilməsinə icazə vermək və ya verməmək, xarici ölkələrə qaçan rəsmi şəxslərin ekstradisiyası, həmçinin həbs edilməsi kimi məsələlər dövlət başçısının ixtiyarına verillib. Yeni qərara görə, bundan sonra MİT Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı məlumatlar toplayaraq aidiyyatı qurumlara ötürəcək.

Həmçinin ölkə universitetlərindən 120 professor, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin 206 əməkdaşı işdən azad edilib.

Xəbər lenti
0