Qətərin Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani

Qətər - İran əlaqələri bərpa olunur

22
Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının konsulluqlarına edilən hücumdan sonra Qətər bu ölkədəki səfirini geri çağırmışdı

BAKI, 24 avqust — Sputnik. Qətərlə İran arasında 2016-cı ildə soyuyan əlaqələr isinməyə başlayıb. Sputnik Azərbaycan "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Qətər geri çağırdığı səfirini yenidən Tehrana göndərəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. "Qətər bütün sahələrdə İranla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində maraqlıdır" — XİN-in bəyanatında qeyd olunub.

Xatırladaq ki, 2016-cı ilin yanvarında, Tehranda və Məşhəddə Səudiyyə Ərəbistanının konsulluqlarına edilən hücumdan sonra Qətər bu ölkədəki səfirini geri çağırmışdı.

22
Teqlər:
Tehran, İran, Qətər
Əlaqədar
Qətər böhranında dönüş baş verir
Qətərdən Azərbaycana viza sürprizi
Türkiyə Qətərə əlavə hərbçi göndərdi
Qətər böhranı həll olunur?
Qətər böhranında gözlənilməz dönüş