İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür

Atılmış “Kiçik Amerika”, yaxud İncirlik ətrafındakı “kabus şəhəri”

2019
Boş qalan evlərin sayı 400 çatır. Onların bəzilərində Suriya qaçqınları məskən salıb

BAKI, 24 avqust — Sputnik. Bir vaxtlar 20 mindən artıq xarici əsgərin xidmət etdiyi Adana əyalətinin Sarıçam şəhəri yaxınlığında yerləşən İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür. Əvvəllər “Kiçik Amerika” adlanan bu ərazilərdə həyat qaynayırdı, dükan sahibləri əcnəbi əsgərlərə suvenir, xalça, idman ləvazimatı satırdılar. Bu gün isə bazada cəmi 3 min hərbçi qalıb, onların ətraf qəsəbələrə çıxması halları isə xeyli azalıb. Bu üzdən ticarət obyektlərinin işləri tamam pisləşib. Onların çoxu kirayə haqqını verə bilmədiklərindən, dükanlarını bağlamağa məcbur olub. Sputnik-in müxbiri bu kabuslar şəhərində olub və yerli insanlarla söhbətləşib.

İncirlik bazası Türkiyədə 1950-ci illərdə yaradılıb və elə yarandan bəri baza ciddi mübahisələrə səbəb olub, solçular dəfələrlə onun bağlanmasını  tələb edib. 2015-ci il 8 avqust tarixindən başlayaraq bazada xidmət çəkən hərbçilərin sayı azala-azala 3 minədək enib. Bu da ətraf məhəllələrin sakinlərinin rifahına mənfi təsir edib. Yerli əhalinin əsas gəlir mənbəyi məhz əcnəbi əsgərlər idi. İndi isə onların çoxu ya iflasa uğrayıb, ya da ticarətlərini davam etdirmək imkanından məhrum olub.

Sarıçam ətrafında daşınmaz əmlak bazarında da durğunluq yaşanır. Əvvəllər xarici hərbçilərin kirayə götürdüyü evlərə artıq iki ildir ki, müştəri tapılmır. Əldə olunan məlumata görə, boş qalan evlərin sayı 400 çatır. Onların bəzilərində Suriya qaçqınları məskən salıb.

Çörəkçi Zəkai Dəmirin dediklərinə görə, yerli ticarətçilər ağır vəziyyətdədirlər: “İki ildir ki, xarici hərbçilər təhlükəsizlik səbəbindən baza ərazisini tərk etmirlər. Buna görə, ticarət sahibləri pis vəziyyətə düşüb: bir yarısı dükanlarını bağlayıb, başqa yarısının alveri isə iki dəfə azalıb. Əvvəllər burada mindən artıq obyekt sahibi var idi, indi isə bir neçə yüzü qalıb. Onlar da istədikləri kimi işləyə bilmir. Onlar hər səhər işə ümidsiz gəlirlər. İncirlik bazasındakı hərbçilərin FETÖ ilə əlaqələri və dövlət çevrilişinə aidiyyatı araşdırılmağa başlayandan, onlar hərbi bazanın ərazisini heç tərk etmirlər. İnsanların qəzəbindən çəkinirlər. FETÖ məsələsindən sonra İncirlikdə işlərimiz lap pis olub”.

İncirlikdə 15 ildir kafe sahibi olan Kadir Amacın sözlərinə görə, hərbi bazanı ləğv etmək lazımdır: “ABŞ bizim dostumuz deyil, onlar düşmənimizdir. Məlumdur ki, onlar öz məqsədləri üçün hamıdan istifadə edirlər. Bizim ərazimizdə ola-ola bizə zərbə endirirlər. 15 iyul çevrilişinin arxasında məhz ABŞ dururdu və bunun üçün İncirlik bazasından istifadə olunub. Hakimiyyət strateji maraqlar səbəbindən ABŞ-ın o hadisələrdəki rolundan açıq danışmır. Bir neçə dəfə bazanı bağlamaq tələbi olub. Lakin bu baza NATO bazası olduğundan, bağlamaq mümkün deyil. Bəlkə 2023-cü ildə vəziyyət dəyişə və Türkiyə nəhayət bazanı bağlaya bilə. Hərbçilər bazanı tərk etmədiklərindən, dükanların çoxu bağlanıb, gəlirlərimiz ikiqat azalıb”.

Ticarətçı Mühittin Aksu isə yerli orqanların yaranmış problemlərə biganəliyindən narazılıq edir. Onun sözlərinə görə, əvvəllər amerikalı hərbçilər bazadan kənarda alış-veriş edirdilər, lakin son iki il yarımda qəsəbədə sanki həyat dayanıb: “Bizim əl-qolumuz bağlıdır, yerli hakimiyyət isə problemimizlə maraqlanmır”.

  • İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    © Sputnik / Hikmet Durgun
  • İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    © Sputnik / Hikmet Durgun
  • İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    © Sputnik / Hikmet Durgun
  • İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    © Sputnik / Hikmet Durgun
  • İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür
    © Sputnik / Hikmet Durgun
1 / 5
© Sputnik / Hikmet Durgun
İncirlik hərbi bazasının ətrafı artıq atilmiş və tənha görünür

Solçu Vətən Partiyasının Adana təşkilatının sədri Selver Kaplan İncirlik bazasını “Türkiyənin bəlası” adlandırır: “Bazanın yaranmasından bəri o, Türkiyəyə və ətraf ölkələrə ancaq bəlalar gətirib. Baza İraq, Suriya, Misir üçün bəlaya çevrilib. Biz bu bəlaların mənbəyinin bağlanmasını istəyirik. Baza 15 iyul dövlət çevrilişinə cəhd zamanı istifadə edilib, həmçinin o, Rusiya təyyarəsinin vurulması ilə də bağlıdır. Biz Adanada İncirliyin qapadılması tələbi ilə mitinq keçirməyi düşünürük. İstər ABŞ olsun, istər Almaniya. Biz Türkiyəyə pislik arzulayan qüvvələrin burada yerləşməsini qəbul edə bilmərik”.

Kaplanın fikrincə, baza Türkiyə hərbçilərinin ixtiyarına verilməlidir: “Biz bazanın Amerika təyyarələri üçün istifadə olunmasına qarşıyıq, biz ABŞ hərbçilərinin və silahının burada yerləşməsini istəmirik”.

Öz növbəsində Azadlıq və Həmrəylik Partiyasının (ÖDP) Adana üzrə şöbəsinin sədri Hayrı Akgün fikrincə, İncirlik bazası Türkiyənin imperializmdən asılılığının sübutudur: “İncirlik bazası imperializmə xidmət edir. O, ölkəmizin imperializmdən asılılığını təsdiq edir. Bizim ərazimizdən qalxan təyyarələrin ətraf ölkələri, məsələn İraqı bombalaması qəbuledilməzdir. Biz illərdir bu bazanın bağlanmasına çalışırıq. Bu bizim əsas məqsədimizdir və biz mübarizəmizi davam edəcəyik. Konya və Malatya hərbi hava bazaları da imperializmə xidmət edirlər. Biz ölkəmizin imperializm və NATO ilə bütün əlaqələrini kəsməyi tələb edirik. Əks halda əsl azadlıq və müstəqillikdən söz ola bilməz”.

2019
Teqlər:
NATO bazası, ABŞ hərbçiləri, kabus şəhər, Türkiyə, İncirlik hərbi bazası
Əlaqədar
"İncirlik" hərbi bazasında sürpriz görüş
ABŞ İncirlik bazasını qorumağın yolunu axtarır
Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...
"ABŞ İncirlik bazasını boşaltmalıdır"
İncirlik hərbi bazasının komandanlığı həbs edildi
 Hakan Altun, arxiv şəkli

Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

3
(Yenilənib 13:54 22.04.2021)
Televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

BAKI, 22 aprel — Sputnik. Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.

Müğənni 2007-ci ildən onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.

3
Teqlər:
Türkiyә, reanimasiya, müğənni
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi: rəsmi imtina gəldi

15
(Yenilənib 13:41 22.04.2021)
Memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

15
Teqlər:
ABŞ, memorandum, Türkiyə, "F-35" qırıcıları
Baloğlan Əşrəfov, arxiv şəkli

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub

0
(Yenilənib 14:22 22.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

 

BAKI, 22 aprel — Sputnik. Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib: "On üç gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.

0