BAKI, 24 avqust — Sputnik. Braziliya millisinin, “Real” Madridin və "Fənərbağça"nın keçmiş futbolçusu Roberto Karlosa 3 aylıq həbs cəzası verilib. Sputnik xəbər verir ki, buna səbəb onun sonuncu həyat yoldaşı ilə olan nikahından dünyaya gələn uşağa aliment verməməsidir.
Karlosun keçmiş arvadı bildirib ki, futbolçu 20 min dollar aliment ödəmək istəyib, ancaq məbləğin az olması səbəbindən buna özü razı olmayıb. Nəticədə o, Karlosu məhkəməyə verib.
Məhkəmə Karlosun illik qazancını əsas götürərək, qadının haqlı olduğuna qərar verib. Keçmiş futbolçu hakimin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Karlosun üçü ilk nikahından, ikisi hazırki həyat yoldaşı Mariana Lukondan, dördü də nikahdan kənar olmaqla 9 övladı var.
BAKI, 6 mart - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.
APA xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.
“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.
Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.
Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.
BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.
Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib.
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.