Məşhur türk millətçisi istefa verdi

© Photo : Al Jazeera TurkKoray Aydın
Koray Aydın - Sputnik Azərbaycan
Abunə olmaq
"Mövcud iqtidarı haqq-hesaba çəkmək üçün yeni qurulacaq partiyaya qoşulmağa qərar verdim"

BAKI, 22 avqust — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) fəal üzvlərindən olan, millət vəkili Koray Aydın partiyadan istefa verdiyini açıqlayıb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, Koray Aydın bir müddət əvvəl MHP-dən ayrılıb yeni partiya qurmağa hazırlaşan Meral Akşenerin yanında yer alacağını söyləyib.

"Mövcud iqtidarı haqq-hesaba çəkmək üçün yeni qurulacaq partiyaya qoşulmağa qərar verdim. Bu səbəblə də MHP-dən ayrılıram. Quracağımız yeni partiya ilə türk millətinin önünə yeni üfüqlər açmağa gəlirik. Rahat olanları narahat etmək üçün gəlirik. Bu, milli bir vəzifədir" — K. Aydın bildirib.

"Ülkücü hərəkatın quruluş prinsipləri və idealları mövcud rəhbərlik tərəfindən çox təəssüf ki, tərk edilib. Sırf fərqli namizədi dəstəklədikləri üçün partiyalı qardaşlarımız ata ocaqlarından qovulmuş və nəhayət başqalarına göstərilən tolerantlıq ülküdaşlarımızdan əsirgənilmişdir" — o əlavə edib.

Xəbər lenti
0