ABŞ ordusunun əsgərləri, arxiv şəkli

Donald Tramp: "ABŞ dünyada demokratiyanı yaymaq üçün..."

172
ABŞ prezidenti: "Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik"

BAKI, 22 avqust — Sputnik. "ABŞ dünyada demokratiyanı bərqərar etmək üçün ordudan istifadə etməyəcək". Sputnik-in verdiyi xəbərə görə, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp, Virciniya ştatındakı "Fort Mayer" hərbi bazasındakı çıxışı zamanı deyib.

"Ölkəmiz ümumi maraqlarını təmin etmək üçün müttəfiqləri ilə əməkdaşlığa üstünlük verəcək. Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, sadəcə uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi maraqlara sadiq qalmağa çağırırıq. İstənilən qərarda bu prinsipial yanaşma əsas olaraq qalacaq" — D. Tramp vurğulayıb.

172
Teqlər:
dünya, Donald Tramp, ABŞ, ordu, demokratiya
Əlaqədar
ABŞ Rusiya vətəndaşlarına viza verilməsini dayandırır
ABŞ səfirliyinin 3 əməkdaşı oğurlanıb
Politoloq: “ABŞ-ın mövqeyi Ermənistana tərəf dəyişib”
Rusiyadan ABŞ-la Şimali Koreyaya "səviyyə" açıqlaması
ABŞ-ı hədələdilər: Ağ Evi silahla ələ keçirəcəyik
Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı
ABŞ ordusu "1 nömrəli" hazırlıq vəziyyətinə gətirildi: Yeni dünya müharibəsi...