Rusiyadan açıqlama: Hələb müxaliflərdən tamamilə təmizləndi

© Photo : SANA/Handout via REUTERSHələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il
Hələbin şərq hissəsində dalğalanan Suriya bayrağı, 11 dekabr 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Hələb, ötən ilin sonlarına yaxın rejim və müxaliflər arasında əldə olunan razılığa əsasən rejimə təslim edilib

BAKI, 21 avqust — Sputnik. "Hələb əyaləti müxalif döyüşçülərdən tamamilə təmizlənib". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy jurnalistlərə açıqlamasında deyib.

"Ümumilikdə 50 yaşayış məntəqəsi və 3 min kvadrat kilometrə yaxın ərazi silahlı dəstələrdən azad edilib" – Rudskoy əlavə edib.

Xatırladaq ki, Suriyanın ikinci ən böyük şəhəri olan Hələb, ötən ilin sonlarına yaxın rejim və müxaliflər arasında əldə olunan razılığa əsasən rejimə təslim edilib. Bunun müqabilində Bəşər Əsədə bağlı ordu birlikləri İdlib bölgəsinə əməliyyatdan imtina edib.

 

Xəbər lenti
0