Donald Tramp

Əgər Tramp Twitter-dən çıxsa....

21
Hazırda Twitter şirkətinin bazar dəyəri 11,7 milyard dollar səviyyəsində qiymətləndirilir

BAKI, 21 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsindəki hesabını ləğv etsə, sözügedən şirkət 2 milyard dollara yaxın ziyana düşəcək. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu "Monness Crespi Hardt & Co." şirkətinin əməkdaşı Ceyms Çakmak deyib.

Onun sözlərinə görə, əgər xarizmatik prezident şəbəkədən istifadəni dayandırsa, "Twitter" böyük zərərə uğrayacaq. "Bu adamın hər addımı uğurlu reklamdır. Tramp pulsuz reklam deməkdir. Əgər yazmağı tərk etsə, ya da öz səhifəsini dondursa, şirkət ziyana düşəcək. 2 milyard dollarlıq ziyana" — Ceyms Çakmak bildirib.

Hazırda, Twitter şirkətinin bazar dəyəri 11,7 milyard dollar səviyyəsində qiymətləndirilir.

 

21
Teqlər:
ziyan, milyard, Donald Tramp, ABŞ prezidenti, Twitter
Əlaqədar
Tramp ərəb krallarına Türkiyə ilə bağlı əmr verdi
Trampdan daha bir xəbərdarlıq
"Qorxu Trampı belə bir addım atmağa məcbur edir"
Donald Trampın reytinqi düşdü
Donald Tramp vəzifədən gedir