İspaniya müsəlmanları etiraza qalxdılar

© Sputnik / Xenia KozlitinaMadrid küçələrində terrrora etiraz aksiyası
Madrid küçələrində terrrora etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Minlərlə müsəlman paytaxt Madridin küçələrinə axışıb

BAKI, 21 avqust — Sputnik. Barselona və Kambrils şəhərlərindəki terror aktlarından sonra İspaniyada yaşayan müsəlmanlar ayağa qalxıblar. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, minlərlə müsəlman paytaxt Madrid küçələrində terrora etiraz aksiyası keçirib.

Etirazçılar "Bu hadisəni törədənlər bizi təmsil etmirlər, İslam dini terroru lənətləyir" şüarı səsləndiriblər. Müsəlmanlardan ibarət aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzərək, şam yandırıblar.

Xəbər lenti
0