"Axmaq"sız geridə qoyduğumuz 20 il

© opankey.comYuri Nikulin
Yuri Nikulin - Sputnik Azərbaycan
Abunə olmaq
Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat edib

BAKI, 21 avqust — Sputnik. Bu gün məşhur sovet aktyoru və klounu Yuri Nikulinin ölümündən 20 il keçir. Sputnik Azərbaycan xəbər verir ki, Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olub.

Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirib və Demidovdakı dram teatrında işə düzəlib. Orada onun anası da aktrisa kimi çalışırmış. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçüb. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olub. 1939-cu ildə o, orduya çağırılıb və zenit artilleriyasında xidmət edib. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunub. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunub.

Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olub. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyib. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olub. Onlar uzun müddət partnyor kimi çıxış ediblər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yaranıb. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışıb. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirib.

1949-cu ildə Y.V. Nikulin Tatyana Pokrovskaya ilə tanış olub və tezliklə onlar ailə həyatı qurublar. 14 noyabr 1956-cı ildə bu izdivacdan oğulları Maksim dünyaya gəlib.

Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və s. filmlər var.

Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırıb. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır.

Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat edib.

 

Xəbər lenti
0