Andrey Draçev

Dünya çempionunun dəhşətli öldürülmə anı kameraya düşdü

4029
(Yenilənib 18:03 20.08.2017)
O əvvəlcə ayağı, sonra isə əli ilə dünya çempionunun başına bir neçə ağır zərbə endirir

BAKI, 20 avqust — Sputnik. Pauerliftinq (güc üçnövçülüyü) üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçev Xabarovskda qətlə yetirilib. Sputnik Azərbaycan bu barədə AmurMedia-ya istinadən məlumat verir.

İdmançı, şəhərdəki kafelərdən birində kefli xuliqanın provokasiyası ilə üzləşib. Dava küçədə davam edib və müşahidə kameralarına düşüb. Videodan da görünür ki, Draçevi döyüb öldürən də idmançıdır. O əvvəlcə ayağı, sonra isə əli ilə dünya çempionunun başına bir neçə ağır zərbə endirir. Təcili yardım avtomobili idmançını xəstəxanaya çatdırsa da, o, özünə gəlmədən keçinib.

Qeyd edək ki, iyulun 29-da Baykalda sərbəst güləş üzrə Avropa çempionu Yuri Vlasko öldürülmüşdü. Vlasko və daha bir neçə idmançı yarışdan sonra Baykala gediblər. Orada bir qrup gənclə idmançılar arasında dava düşüb. Dava zamanı Vlaskonun başına dəmir armaturla bir neçə dəfə zərbə endirilib və o, bu zərbələrdən keçinib.

4029
Teqlər:
Pauerliftinq, dünya çempionu, Avropa çempionu, döyülmə, ölüm
Əlaqədar
Parkda dincələn yeniyetməni öldürdülər
Terrorçular 20 əsgəri öldürdülər
Polislər şəhər merini öldürdülər
ABŞ-da məscidə gedən müsəlman qızı öldürdülər
Polislər məktəblini öldürdülər