Yupiter

Yupiterlə kometa toqquşacaq, Yer məhv olacaq

914
(Yenilənib 18:08 20.08.2017)
Uçuş sürətini və hərəkət trayektoriyasını dəyişməsə, Sfit-Tattl kometi Yupiterlə toqquşacaq.

BAKI, 20 avqust — Sputnik. Amerika alimləri Sfit-Tattl kometasının Yupiterlə toqquşmasının Yer kürəsində bütün canlıları məhv edəcəyi barədə xəbərdarlıq ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, Perseid meteor axınından olan kometa Yerin üzərindən uçacaq və uçuş sürətini və hərəkət trayektoriyasını dəyişməsə, bu səma cismi Yupiterlə toqquşacaq və toqquşmanın nəticələri qiyamətə bənzər olacaq.

Alimlər bu kometanın 65 milyon il əvvəl Yer kürəsilə toqquşaraq dinozavrların məhvinə səbəb olmuş kosmik obyektdən bir neçə dəfə böyük olduğunu deyirlər.

Kometanın uçuş sürətinin çox yüksək olacağı bildirilir. Nəticədə zərbənin gücü dağıdıcı dalğa əmələ gətirəcək. Zərbənin gücü 20 milyon nüvə bombasının partlayışına bərabər olacaq.

Amerika alimlərinin fikrincə, insanlar toqquşmanın qarşısını almasalar, planetimizdəki bütün canlılar məhv olacaqlar.

Tədqiqatçıların sözlərinə görə, toqquşma 4479-cu ildə baş verə bilər.

914
Teqlər:
məhv, kometa, Yupiter, planet, toqquşma, Yer
Əlaqədar
Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq
Dünya böyüklüyündə 10 yeni planet kəşf edildi
Həyatın mövcud olduğu planeti tapdılar
Yer planetində gizli qitə aşkarlandı
Planetimizə sürətlə uçan naməlum obyekt yaxınlaşır