Вид на Константино-Еленинская башня и Москворецкая башня (справа налево) в Москве

Putinə Rusiya paytaxtını köçürmək təklif edildi

59
Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər

BAKI, 19 avqust — Sputnik. Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov prezident Vladimir Putinə paytaxtla bağlı layihə göndərib. Sputnik Azərbaycan RT-yə istinadən məlumat verir ki, Krupnov bu layihəsində Rusiya paytaxtını Uralın o biri tərəfinə köçürməyi təklif edib.

Demoqraf hesab edir ki, Moskvada cəmləşən iqtisadiyyatdan uzaqlaşaraq, bütün ölkənin, ilk növbədə Uzaq Şərq və Sibirin inkişafına keçmək lazımdır. Krupnov yazır ki, Rusiya həddən artıq hipermərkəzləşib: “Moskva regionu ölkə əhalisinin beşdə bir hissəsini özündə cəmləyib. Bundan əlavə, milli inkişaf Rusiya əhalisinin 50 faizindən çoxunun yaşadığı 15-20 meqapolisə istiqamətlənib”.

Onun fikrincə, belə vəziyyət Rusiyanın geosiyasi üstünlüklərini itirməsinə gətirib çıxara bilər. Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər.

59
Teqlər:
Yuri Krupnov, Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutu, köçürmə, Vladimir Putin, Moskva, Rusiya, paytaxt
Əlaqədar
Moskvada qasırğa qurbanlarının sayı artır
Moskvada ticarət mərkəzində yanğın nəticəsində 18 nəfər xəsarət alıb
Moskvada təbii fəlakət qurbanlarının sayı artır
Moskva görüşü yekunlaşdı - bəyanat
Bakı bulvarı Moskvadan gələn mütəxəssisə tapşırılacaq
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli

Koronavirus Cem Yılmazın filmlərinin məşhur xarakterinin həyatına son qoyub

13
(Yenilənib 20:39 28.11.2020)
COVID-19 virusundan müalicə alan teatr və kino aktyoru xəstəxanada vəfat edib. Bu barədə aktyor Can Yılmaz özünün "Twitter" hesabında məlumat verib.

BAKI, 28 noyabr — Sputnik. Tanınmış teatr və kino aktyoru Muhittin Korkmaz vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyor Can Yılmaz özünün "Twitter" hesabında məlumat verib. Teatr və kino aktyoru COVID-19 virusuna görə xəstəxanada müalicə alırmış.

Qeyd edək ki, Muhittin Korkmaz "G.O.R.A", "A.R.O.G", "Yahşi batı", "Pek yakında", "Arif", "216" kimi məşhur filmlərdə rol alıb. Aktyor 2002-ci ildə Cem Yılmazın çəkdiyi reklamlarda Huluti xarakterini canlandırıb. Aktyorun "Komutan Logar, bir cisim yaklaşıyor efendim!" replikası uzun illər insanların dilində əzbər olmuşdu.

13
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, aktyor, Türkiyə, Cem Yılmaz
PKK yaraqlıları, arxiv şəkli

PKK-nın qadın lideri Ermənistan tərəfdən döyüşdüklərini etiraf edib

16
PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri terrorçuların Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirakını təsdiqləyib.

BAKI, 28 noyabr - Sputnik. PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

Anadolu Agentliyinin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumatda bildirilir ki, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib. Terrorçu qadın deyib:

“Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşürük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Qeyd edək ki, Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.

16
Teqlər:
PKK terrorçuları, terrorçular, Azərbaycan, Ermənistan, PKK
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

0
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

0