İspan polisi Barselonada, 18 avqust 2017-ci il

Polis əməliyyat keçirdi: 5 terrorçu zərərsizləşdirildi

79
Öldürülənlərin hamısının İŞİD tərəfdarı olduğu güman edilir

BAKI, 19 avqust — Sputnik. İspaniya polisi Barselona şəhərində törədilmiş terror aktı ilə əlaqədar şəhərin fərqli istiqamətlərində əməliyyat keçirib. Terrorda əli olduğu ehtimal edilən 5 şübhəli şəxs öldürülüb. Onların hamısının İŞİD tərəfdarı olduqları güman edilir.

Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, polis, öldürülən şəxslərin yeni terror hücumu hazırladıqlarını bildirib.

Xatırladaq ki, iki gün əvvəl Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində terrorçu, idarə etdiyi yük maşınını bilərəkdən kütlənin üzərinə sürmüşdü. Hadisədə 13 nəfər ölmüş, 119 nəfər yaralanmışdı. Yaralılardan 16-nın vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə, Kambrlis şəhərində bir qrup terrorçu maşını insanların üzərinə sürüb. Həmin hadisə nəticəsində 1 nəfər ölüb.

Eyni gündə Barselonada 2 partlayış olub. Polis bütün aksiyaların İŞİD qruplaşmasının işi olduğuna əmindir.

 

79
Teqlər:
Rambla, Barselona, İspaniya, terror, İŞİD
Əlaqədar
Barselona terrorçusundan yeni hədə: "Ölüm, ölüm, ölüm.."
Barselona terrorunun qəhrəmanı bir türk oldu
Dəhşətli terrorda azərbaycanlıların həlak olub-olmamasına aydınlıq gətirildi
Prezident: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılması vacibdir”
İspaniyanı terror dalğası bürüyüb: ölənlərin sayı artır