Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Barselona terrorçusundan yeni hədə: "Ölüm, ölüm, ölüm.."

© AFP 2023 / PAU BARRENA Barselonada terakt
Barselonada terakt - Sputnik Azərbaycan
Abunə olmaq
Barselona teraktına görə həbs olunan şəxs insanları ölümlə təhdid edir

BAKI, 18 avqust — Sputnik. Barselonadakı ən azı 13 nəfərin ölümünə səbəb olan dünənki terror hücumunun ardından həbs olunan Driss Oukabirin sosial şəbəkədəki hesabında silahla foto və "ölüm" mesajları dünya mediasının diqqətini cəlb edib. Bu barədə Sputnik Azərbaycan Türkiyə mediasına istinadən məlumat verir.

Belə ki, Facebookdakı "Driss Oukabir Soprano" adı ilə açılmış hesabda, Oukabirin həbs edilməsindən bir neçə saat sonra "Muerte Muerte Muerte Por qué tienen miedo a la muerte" (Ölüm Ölüm Ölüm… Ölümdən niyə qorxurlar?) sözləri paylaşılıb.

Facebook hesabında ayrıca, mayın 30-da edilən bir paylaşımda avtomat silahla çəkilmiş bir foto və ərəbcə “Əgər ərəb işğalçıya hörmət etməsə…” yazısı diqqəti cəlb edib.

Oukabirin Facebook hesabında vətəni olaraq Mərakeş göstərilir və "Muhammed Premier Oujda" universitetində oxuduğu bildirilir.

Xəbər lenti
0