CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya liderləri necə istirahət edirlər

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidVladimir Putin Xemçik çayında (Tıva Respublikası) balıq tutur, 3 avqust 2009-cu il
Vladimir Putin Xemçik çayında (Tıva Respublikası) balıq tutur, 3 avqust 2009-cu il - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp ABŞ prezidenti postunda ilk yay tətilini Nyu-Cersi ştatında özünə məxsus qolf klubunda keçirib

BAKI, 18 avqust — Sputnik. Yayda hamı, eləcə də dünyanın məşhur siyasətçiləri, dövlət başçıları da tətilə gedirlər. Bu yayda ən uzun yay tətili ABŞ prezidenti Donald Tramp və Britaniyanın baş naziri Tereza Meyin olub. Ən qısa məzuniyyəti isə Almaniyanın federal kansleri Angela Merkel və Ruisya prezidenti Vladimir Putin götürüb.

Sputnik Azərbaycan dünya liderlərinin yay tətillərini harada və necə keçirməsi barədə Vesti.ru-nun məlumatını təqdim edir.

Milyarder Donald Tramp ABŞ prezidenti postunda özünün ilk yay məzuniyyətini götürüb. Bu il o, tətilini Nyu-Cersi ştatında özünə məxsus qolf klubunda keçirib. Daha əvvəl dincəlmək fikrinin olmadığını bəyan edən Tramp 17 gününü tamamilə qolf oynamağa həsr edib. Orta statistik amerikalı üçün bu, olduqca çoxdur. Çünki ABŞ-ın sıravi vətəndaşları ardıcıl olaraq 5 gündən çox dincəlmir.

© AFP 2023 / DON EMMERTNyu Cersinin Bedminster şəhərciyindəki Tramp Milli Qolf Klubu
Nyu Cersinin Bedminster şəhərciyindəki Tramp Milli Qolf Klubu - Sputnik Azərbaycan
Nyu Cersinin Bedminster şəhərciyindəki Tramp Milli Qolf Klubu

Məlum olub ki, Amerika ictimaiyyəti üçün belə uzunmüddətli tətil tipik deyil və ona görə də artıq sosial şəbəkələrdə ilk dəfə olaraq bu barədə zarafatlar meydana çıxıb. Eyni zamanda üç gün əvvəl Newsweek nəşri Trampı üz qabığına çıxararaq "tənbəl" ifadəsinə yer verib. Şəkildə ABŞ prezidenti çipsi, kola bankası və "Makdonalds" paketi ilə təsvir edilib. Bu fonda Ağ Ev administrasiyasının Trampın kabineti yanındakı binada təmir getdiyini açıqlaması isə heç inandırıcı görünməyib.

Bununla belə, Amerika KİV-ləri prezidentin tətili ilə əlaqədar Nyu-Cersi sakinlərinin narazılığından da yazıb. 44 yaşlı Anna Çoy qeyd edib ki, ölkə liderinin mühafizəsini təşkil edən hərbi helikopterlər onun yatmasına mane olur. Yerli sakinlər Trampın ucbatından yolların bağlanması nəticəsində tıxacların yaranmasından da şikayətçidirlər.

© AFP 2023 / NIKLAS HALLE'NBritaniyanın baş naziri Tereza Mey
Britaniyanın baş naziri Tereza Mey - Sputnik Azərbaycan
Britaniyanın baş naziri Tereza Mey

Britaniyanın baş naziri Tereza Mey isə parlamentə keçirilən çətin seçkilərdən sonra üç həftə ərzində dincəlmək qərarına gəlib. O, həyat yoldaşı Filipplə birlikdə əvvəlcə İtaliyanı, sonra isə İsveçrəni ziyarət edib. KİV-in yazdığına görə, Mey ailəsinin yay tətili ünvanı 20 ildir ki dəyişmir. Onlar 20 ildir məhz sözügedən ölkələri ziyarət edirlər. Onları gəzinti zamanı görən yerli sakinlərin sözlərinə görə, siyasətçi olduqca sakit görünür. Bu yaxınlarda The Sun tabloidi baş nazirin İtaliya səyahəti zamanı geyindiyi demokratik stilli ucuz don və köynəklərinə böyük bir məqalə həsr eləmişdi. Sosial şəbəkələrdə Meyin əri ilə birlikdə Avropada populyar olan Skandinaviya gəzintilərində çəkilmiş şəkilləri yayılıb.

Almaniyanın federal Kansleri Angela Merkel isə bu yay ərzində sadəcə 1 həftə dincəlib. O, həyat yoldaşı İoaxim Zauerlə birlikdə Şimali İtaliyaya gedib. Alman KİV-lərinin yazdığına görə, beş ildir ki, siyasətçi eyni yerdə istirahət edir və həmişə də eyni ağ-qırmızı dama-dama köynəyini geyinir. Merkel bu il bundan artıq dincələ bilməyəcək. Çünki sentyabrda Bundestaqa seçkilər var.

​Bu il ən az dincələn lider Vladimir Putin olub. O, Cənubi Sibirdə sadəcə 3 gün dincəlməklə kifayətlənib. Bu yay ərzində dövlət başçısı dağ çayında sualtı balıq ovu ilə məşğul olub və durna balığı ovlayıb. Bu istirahətə böyük marağın olduğunu nəzərə alaraq, Kremlin saytında Putinin tayqa istirahətinə həsr olunmuş 46 dəqiqəlik videoçarx da yerləşdirilib. Sosial şəbəkə istifadəçiləri hər şeylə maraqlanıblar: prezidentin istirahət menyusundan tutmuş onun kadrlarda əlində tutduğu giləmeyvə budağına qədər.

Nəhayət, Qərb mediası Rusiya liderinin əla formada olmasını günün əsas xəbər başlıqlarına atıb. Hətta alman qəzeti Frankfurter Allgemeine Zeitung bu fonda ABŞ prezidenti Donald Trampın tətilinə rişxəndlə işarə edərək "zəiflər üçün qolf" ifadəsini işlədib.

Sosial şəbəkələrdə ayrı-ayrı ölkələrin liderlərinin istirahəti ilə bağlı maraqlı zarafatlar da yer alıb. Məsələn, Twitter-in Kumhofer nikini daşıyan istifadəçisi Putinlə Merkelin tətilini müqayisə edən kollaj paylaşıb.

Xəbər lenti
0