CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə kurortlarında təhlükəli virus məsələsinə aydınlıq gətirilib

© Sputnik / Irada CELILAntalya
Antalya - Sputnik Azərbaycan
Abunə olmaq
ATOP: Koksaki virusuna təkcə Türkiyə kurortlarında dincələn turistlər deyil, dünyadakı digər çimərliklərdə istirahət edənlər də yoluxur

BAKI, 9 avqust — Sputnik. Bu ilin yayında Türkiyəyə səyahət edən Rusiya vətəndaşlarında Koksaki virusuna kütləvi yoluxma halı müşahidə edilməyib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə informasiyanı Rusiya Turoperatorlar Assosiasiyası (ATOP) yayıb.

Şirkət onların müştəriləri arasında bu qəbildən olan sadəcə bir insidenti qeydə alıb. ATOP izah edib ki, hər il yay mövsümündə Koksaki virusuna təkcə Türkiyə kurortlarında dincələn turistlər deyil, dünyadakı digər çimərliklərdə istirahət edənlər də yoluxur.

"Bizə turistlər tərəfindən istirahəti yarımçıq qoymaq, yaxud da digər otelə köçməklə bağlı heç bir müraciət daxil olmayıb" — deyə Coral Travel turoperatorunun nümayəndəsi bildirib. "TUI Rossiya" isə bildirib ki, cari ildə onlara Türkiyədən təcili geri qayıtmaq üçün cəmi bir neçə sorğu daxil olub.

"Biblio-Qlobus" və "İnturist" turoperatorlarının müştəriləri də bu yay ərzində Türkiyədəki istirahətlərini yarımçıq qoymaq, yaxud da yol vərəqini ləğv etmək barədə hər hansı sorğu ünvanlamayıblar.

Pegas Touristik-in məlumatına görə, firmanın müştəriləri arasında Türkiyəyə səyahətdən imtinaların sayı statistik normadan aşağıdır.

Bu ölkədə epidemiyanın olduğunu sığorta şirkətləri də təsdiqləməyib. "İnqosstraxa"nın məlumatına görə, bu ilin iyun-iyul ayları ərzində Türkiyənin kurort regionlarında 10 halda Koksaki virusuna yoluxma qeydə alınıb.

Avqustun 8-də Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib ki, Türkiyədə istirahət edən şəxslər olduqları kurortlarda epidemiyanın yayılması səbəbindən şirkətlərdən turist vərəqələri ilə bağlı sifarişlərinin ləğvini xahiş edirlər. Dünən günorta saatlarında REN TV kanalı Koksaki virusuna yoluxmuş rusların Türkiyə kurortlarından geri qayıtdıqları barədə məlumat yayıb.

 

Xəbər lenti
0