ABŞ ordusu "1 nömrəli" hazırlıq vəziyyətinə gətirildi: Yeni dünya müharibəsi...

© AFP 2023 / Vano ShlamovABŞ ordusunun əsgərləri
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Pxenyanın Guam adası ilə bağlı bəyanatından sonra ABŞ ordusunun Sakit okeandakı komandanlığı 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib

BAKI, 9 avqust — Sputnik. Şimali Koreyan ABŞ-ın Sakit okeandakı Guam adası sahilinə orta-uzun mənzilli raket atmağı planlaşdırır. Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin "KCNA" rəsmi xəbər agentliyi məlumat yayıb. Pxenyan rəhbərliyi adaya yaxın ərazilərə atılacaq mərmilərin "Hwasong —12" model olduğunu açıqlayıb.

Hazırda Nyu-Cersi ştatındakı qolf klubda istirahət edən Donald Tramp məsələyə münasibət bildirib. Tramp, "əgər Şimali Koreya öz yaxşılığını düşünürsə, Amerikaya qarşı daha da irəli getməsin, bizi təhdid etməsin. Əks halda dünyanın bundan əvvəl heç zaman görmədiyi qəzəb və hiddətlə üz-üzə qalacaqlar" deyib.

Qeyd edək ki, Pxenyanın Guam adası ilə bağlı bəyanatından sonra ABŞ ordusunun Sakit okeandakı komandanlığı 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib.

Xəbər lenti
0