DİN: “Terrorçuları İran təlimatlandırıb, onlara tapşırıq verib və maliyyələşdirib”

© © Sputnik Tacikistan DİN binası
Tacikistan DİN binası - Sputnik Azərbaycan
Abunə olmaq
İmam Xomeyni adına Xeyriyyə Cəmiyyətinin, həmçinin iranlı sahibkarların ölkədə işləmələrinə, xüsusilə İslam Respublikasından ölkəyə ərzaq mallarının gətirilməsinə sanksiya tətbiq edilib

BAKI, 9 avqust — Sputnik. “İran 1990-cı illərdə və 2001-ci ildə Tacikistanda terrorçuları təlimatlandırıb, onlara tapşırıq verib və maliyyələşdirib”.

RİA Novosti xəbər verir ki, bunu Tacikistanın Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, ölkə DİN-i həmin dövrlərdə baş verən hadisələrlə bağlı sənədli film hazırlayıb. Film avqustun 8-də gecə saatlarında Tacikistan televiziyasında nümayiş etdirilib.

Sənədli filmdə bildirilib ki, ölkə müdafiə nazirinin keçmiş müavini Əbdülxalim Nazarzoda İranın maliyyə dəstəyi və tapşırığı ilə 1990-cı illərdə Tacikistanın tanınmış alimləri, siyasi xadimləri və jurnalistlərinin qətlini həyata keçirib.

Film qiyamçı general Nazarzodanın həbs edilən üç tərəfdarının – Taqomurad Aşrapov, Abdukodir Abdulloyev və Saymuxriddi Kudratovun ifadələrinə əsaslanıb. İstintaq zamanı onlar ötən əsrin 90-cı illərində İranın təlim-məşq düşərgələrində xüsusi təlimat aldıqlarını, bundan sonra onlara İran İslam Respublikası vətəndaşlığı pasportu verildiyini etiraf ediblər. Həmin şəxslər bildiriblər ki, Nazarzodanın tapşırığı ilə 1999-cu ildə Tacikistan parlamenti sədrinin keçmiş müavini Safarali Kencayevin, 1998-ci ildə tanınmış jurnalist və siyasətçi Otaxon Latifini, 1996-cı ildə tanınmış alimlər — Məhəmməd Osimini, Yusuf İshakini, Minxoca Qulyamovu, eləcə də 2001-ci ildə prezidentin müşaviri Kərim Yuldaşevi, 1992-1998-ci illərdə Rusiyanın Tacikistandakı hərbi bazasında 20 zabiti qətlə yetiriblər.

T.Aşrapov, A.Abdulloyev və S.Kudratov bildirib ki, Ə.Nazarzoda onlara hər qətlə görə 2 min dollar pul verib.

Məlumata görə, Tacikistan hüquq-mühafizə orqanlarının “İnterpol”un xətti ilə barəsində beynəlxalq axtarış elan etdikləri Kəbiri isə 2015-ci ildən İranda gizlənir.

Xəbərdə bildirilib ki, İranın ona münasibətinə cavab olaraq, rəsmi Düşənbə İmam Xomeyni adına Xeyriyyə Cəmiyyətinin, iranlı sahibkarların Tacikistanda işləmələrinə, xüsusi ilə İslam Respublikasından ölkəyə ərzaq mallarının gətirilməsinə sanksiya tətbiq edib.

Xəbər lenti
0