Mixail Saakaşvilidən Ukrayna ilə bağlı ilginc açıqlama

© Sputnik / Denis Petrov / Mediabanka keçidПрезидент Украины П.Порошенко назначил М.Саакашвили главой Одесской области
Президент Украины П.Порошенко назначил М.Саакашвили главой Одесской области - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın eks-prezidenti Litvanın vətəndaşlıq təklifini qəbul etməyəcəyini açıqlayıb

BAKI, 8 avqust — Sputnik. Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynanın hazırkı xarici işlər naziri barədə şok açıqlama verib. O bildirib ki, Ukraynanın xarici siyasət idarəsinin rəhbəri Pavel Klimkin Rusiya vətəndaşıdır.

"Klimkin də Rusiya Federasiyasının vətəndaşıdır. Təklif edirəm ki, Poroşenko onu Ukrayna vətəndaşlığından çıxarsın" — deyə Saakaşvili bildirib.

"Ukraynanın xarici işlər naziri Klimkin öz işləri ilə məşğul olmaq əvəzinə bütün günü mənim getdiyim, yaxud gedəcəyim ölkələrə zəng edib iradlarını bildirir. Yeri gəlmişkən, Pavel Klimkin etnik baxımdan ukraynalı deyil, rusdur. O, Rusiyada doğulub və bildiyim qədər oranın vətəndaşıdır. Ukrayna dilində də məndən pis danışır" — deyə Saakaşvili bu gün özünün facebook səhifəsində yazıb. 

"Pyotr Alekseyeviç, sizə vətəndaşlıqdan məhrum etmək üçün daha bir namizəd. Ondan da tam istifadə edəndən sonra vətəndaşlıqdan məhrum edə bilərsiz" — deyə Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya müraciətlə bildirib.

Михаил Саакашвили, глава Одесской областной государственной администрации - Sputnik Azərbaycan
TƏHLİL
Slavyanların "İkinci Stalin" xofu, yaxud Saakaşvili kimdir?

Ukrayna Dövlət Sərhəd Xidməti sədrinin birinci müavini Vasili Servatyuk bildirib ki, əgər Saakaşvili Ukrayna sərhəddinə gəlsə, ondan Ukraynanın ümumvətəndaşlıq pasportu alınacaq və o, ölkə ərazisinə buraxılmayacaq.

26 iyul 2017-ci il tarixində məlum olub ki, Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə fərman imzalayıb.

Avqustun 4-də Saakaşvilinin Polşada olduğu məlum olub. Avqustun 7-də o, bəyan edib ki, Polşaya Ukrayna pasportu ilə problemsiz daxil olub. Gürcüstanın sabiq prezidenti Polşadan Varşava üsyanının 73 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək üçün dəvət edilib.

Avqustun 8-də KİV Saakaşvilinin Polşanı tərk edərək Litvaya getdiyini bildirib. Saakaşvili Vilnüsdə bəyan edib ki, Litva vətəndaşlığınə qəbul etmək niyyətində deyil. O, ona vətəndaşlıq təklif edən Litva siyasətçilərinə minnətdarlığını bildirib.

Xəbər lenti
0