BAKI, 4 avqust — Sputnik. Əfqanıstanda bu səhər güclü partlayış baş verib. Hadisə ölkənin cənubunda yerləşən Gilmənd əyalətindəki bazarda törədilib.
Sputnik Azərbaycan "TASS"-a istinadən xəbər verir ki, 20 əsgər dünyasını dəyişib. Məlumata görə, əsgərlərlə bazara hücum edən silahlı qrup arasında atışma olub.
Hadisə avtomobilə quraşdırılan bombanın işə salınması nəticəsində yaşanıb. Xeyli sayda yaralı olduğu da bildirilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.