İldırım, arxiv şəkli

Üzərinə ildırım düşdü, amma sağ qaldı - inanılmaz

102
Hava limanında heyrətamiz hadisə baş verib

BAKI, 3 avqust — Sputnik. ABŞ-ın Florida ştatında heyrətamiz hadisə yaşanıb. Sputnik Azərbaycan NBC-yə istinadən xəbər verir ki, Florida hava limanında işləyən bir nəfərin üzərinə ildırım düşsə də, o, sağ qalıb.

İldırım təyyarənin quyruq hissəsinə düşən zaman, aeroport işçisi Austin Dan da orada olub. Xoşbəxtlikdən ildırım onun əlinə dəyib və o, yerə yıxılıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

102
Teqlər:
ABŞ, hava limanı, ildırım, Florida ştatı
Əlaqədar
Nazirlikdən xəbərdarlıq: özünüzü ildırım və doludan gözləyin
İldırım paytaxtın bu qəsəbəsini susuz qoydu
Kartof yığarkən ildırım vurdu
İldırım 45 nəfərin həyatına son qoydu
Yaşayış evinə ildırım düşdü
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

2
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

2
Teqlər:
ömür, sağlam, yaşamaq
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

10
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

10
Teqlər:
futbol, Türkiyə, milli