BAKI, 2 avqust — Sputnik. "Əgər minlərlə əsgərimiz öləcəksə, onlar Amerikada yox, Koreyada öləcəklər. Tramp bunu mənim üzümə söylədi". Sputnik Azərbaycan NBC-yə istinadən xəbər verir ki, bu sözləri respublikaçı senator Lindsi Qrem telekanala müsahibəsində deyib.
"Prezident Tramp Şimali Koreyanın raket və nüvə proqramının hərbi yolla həllinə hazırdır. O, imkan verməyəcək ki, Şimali Koreya ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketə sahib olsun" — Qrem bildirib.
"Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa, onlar orada öləcəklər, Amerikada yox. Tramp bunu mənim düz üzümə söylədi", – senator əlaə edib.
Qeyd edək ki, Şimali Koreya son zamanlar ardıcıl olaraq ballistik raket sınaqları keçirir. Pxenyan bəyan edib ki, "Xvason-14" adlı raketin sınağı uğurla keçib və həmin raket Amerika ərazisinə qədər məsafəni qət edə bilir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.