Günəş tutulması, arxiv şəkli

Tarixin ən böyük Günəş tutulmasına sayılı günlər qaldı

261
(Yenilənib 16:55 01.08.2017)
Bu dəfə Ay, təxminən 90 dəqiqə ərzində Günəşin qarşısında qalacaq

BAKI, 1 avqust — Sputnik. Tarixin ən böyük Günəş tutulmasına, sadəcə 3 həftə qalıb. Sputnik xəbər verir ki, tutulma avqustun 21-də reallaşacaq.

Britaniya Mərkəzi Rəsədxanasının açıqlamasına görə, bu dəfəki Günəş tutulması əsnasında, Ay, təxminən 90 dəqiqə ərzində Günəşin qarşısında qalacaq. Lakin təəssüf ki, bu möcüzəvi an, sadəcə Amerika Birləşmiş Ştatlarının ərazisindən tam olaraq izlənilə biləcək.

261
Teqlər:
Britaniya Mərkəzi Rəsədxanası, Günəş tutulması, Ay
Əlaqədar
Qeyri-adi günəş tutulması baş verəcək
Bədənində xal olanlar günəş qəbul edə bilər?
Günəşli may ayından əlinizi üzün
Günəşə bənzəyən yemək
Koronavirusa qarşı Oxford/AstraZeneca vaksini, arxiv şəkli

 Virusoloq: Hindistan ştammından qorunmaq üçün beş dəfə çox anticisim lazımdır

2
(Yenilənib 21:37 24.06.2021)
Həkim infeksionist Yevgeni Timakov COVID-19-un Hindistan ştammının niyə təhlükəli olması, peyvəndlərdən sonra xəstələnmə riski və pandemiyanın nə vaxt bitəcəyi barədə Sputnik-ə danışıb.

BAKI, 24 iyun - Sputnik. “Virus ehtimal olunduğundan daha sürətli mutasiyaya uğrayır. Əvvəllər virus bizim immun sərhədimizi keçə bilmirdi. Bəli, onlar patogen idi, ciddi kovidsonrası sindromlar yaradırdı, ancaq onlara əhalinin 30%-i həssas idi – bu virusla, hətta xəstələrlə sıx təmasda olarkən onlar yoluxmurdular. Bu, virusun xoşuna gəlmədi və o, öz xüsusiyyətlərini dəyişərək bizə adaptasiya olmağa qərar verdi”, - “Lider-təbabət” tibb mərkəzinin baş həkimi, tibb elmləri namizədi, infeksionist Yevgeni Timakov Sputnik agentliyinə müsahibəsində deyib.

Virus nə zaman dəyişdi

O izah edib ki, Uhan koronavirusu ötən ilin payızında dəyişməyə başlayıb. Əvvəlcə bu, daha təhlükəli və aqressiv Britaniya ştammına döndü və bütün dünyaya yayılmağa başladı. Virus əlverişli şəraitə düşdü. Sonra isə hər bir ölkənin öz mutasiyası başlandı.

“Epidemioloji cəhətdən əhəmiyyətli mutasiyalar Rusiyada da vardı – Sibir və Şimal-qərb ştammları əmələ gəldi. Ancaq onlar sonradan yayılmadı – o qədər də patogen əsaslı olmadı. İsti ölkələrdə - Braziliya, Cənubi Afrika, Hindistanda yaranan mutasiyalar isə o dərəcədə dəyişdi ki, çox təhlükəli oldu. Hazırda ən patogen ştamm Hindistan ştammıdır, onun artıq beş mutasiyası var”, - infeksionist deyib.

Doktor Timakovun sözlərinə görə, ən qorxulusu odur ki, Hindistan ştammı insanın immunitet baryerlərini aşa bilir, immunitetdən maskalanır və xəstəliyin klinik şəklini dəyişir. Virus özünü adi KRVİ kimi aparır, ancaq daha ciddi proseslərə səbəb olur.

COVID-i dayandırmaq əsasdır, yoxsa?

“Bəs onu necə dayandırmaq olar?” sualına Yevgeni Timakov belə cavab verib ki, əsas məsələ bu deyil, əsas məsələ - əhalinin çox olduğu yerlərdə, xüsusilə özü üçün rahat məkanlarda onsuz da hazırlıqsız olan immun hədlərini aşmağa başlayan daha ciddi ştammın yaranmasından qacınmaqdır.

“O insanlar immuniteti zəif olanlar, təkrar yoluxanlar, artıq koronavirus infeksiyasına qarşı immuniteti olanlardır. O isə həmin immunitetdən yan keçdi və o adamları yoluxdurdu. İndi görürük ki, Hindistanda delta ştammından başqa, artıq daha aktiv delta+ ştammı da yaranıb. İndi əsas məsələ ondan qorunmaq deyil, illər uzunu qorxu ilə yaşamamaq üçün ümumiyyətlə bu pandemiyanı necə bitirməkdir.  Bunun üçün insanların orqanizmində aktiv virusneytrallaşdırıcı anticisimlər formalaşdırılmalıdır”, - infeksionist əmindir.

COVID-19-un Hindistan ştammına yoluxmamaq üçün orqanizmdə aniticisimlərin sayı normadan beş dəfə çox olmalıdır, Timakov qeyd edir. Eyni zamanda o, antitelllərin sayı azalmamış peyvənd olunmağı məsləhət bilir.  Həkimin sözlərinə görə, anticisimlərin yüksək səviyyəsi olarkən də peyvəndlənmək olar, tədqiqat göstərib ki, bütün ölkələrdə və bütün platformalarda bu, təhlükəsizdir.

Anticisimləri ən yaxşı nə yaradır

Yevgeni Timakov ayrıca qeyd edib ki, “Sputnik V” çox effektivdir, o, anticisimləri xəstəlik keçirilən orqanizmlərdən dəfələrlə çox artıra bilir.

“Təkcə “Sputnik” deyil, bütün vaksinlər, platformalar xəstəlik keçirən orqanizmlərdən 1.3-1.5 dəfə çox virusneytrallaşdırıcı anticisim yarada bilir.  Vaksin orqanizmdə daha effektivdir, - mütəxəssis deyir. – Yoluxub sağalmaq, süni ventilyasiya aparatına qoşulmaq yox, postkovid sindromu daha qorxuludur. 50 yaşdan yuxarı adamlarda bu, hər hansısa formada var. O, qana, qan hüceyrələrinə, endotelilərə, damarlara, əsəb sisteminə, ümumiyyətlə, orqanizmimizə təsir edir.  Bunun hamısı koviddir. Və ona yoluxmamaq üçün yeganə dərman vaksindir”.

Vaksin özündə heç bir virus daşımır və ətrafdakılar üçün yoluxucu deyil, Timakov əlavə edib. Ancaq peyvənd olunmuş insanın orqanizmində birinci və ikinci peyvənd arasında virusneytrallaşdırıcı anticisim yaranmaya da bilər. Ona görə də o xəstələnə bilər. Bu, peyvənd olunmuş insanların bir qisminə - 2-30%-nə aiddir, ancaq bu, baş verə bilər.

“İki peyvənddən sonra da xəstələnmək olar, ancaq vaksin ciddi ağırlaşmalardan, xəstənin xəstəxanaya düşməsindən qoruyur. Məhz peyvənd olunmuş insanlarda simptomlar daha yüngül formada keçir, hətta elə olur ki, insan özündə kovid olduğunu heç bilmir də, - Yevgeni Timakov deyir. – Ancaq bu o demək deyil ki, virus orqanizmdə yoxdur. Əgər peyvəndlənmiş insan koronavirus infeksiyasına yoluxsa, yenə də ətrafdakılar üçün təhlükəli olacaq”.

Təbibin sözlərinə görə, Rusiya və keçmiş SSRİ-nin bir sıra ölkələri vaksinasiyada çox geri qalırlar – 10%-dən də çox insan peyvəndlənib.

Virusoloq bir sıra dövlətlərin hökumətlərinin vaksinasiyanın aktivləşdirilməsi üzrə apardığı tədbirləri doğru sayır.

Koronavirus pandemiyasına nəzarəti o zaman ələ almaq olacaq ki, ilkin vaksinasiya stabil aparılsın, Yevgeni Timakov deyir. Sonra isə virusneytrallaşdırıcı anticisimləri bir dəfəlik vaksin dozaları ilə dəstəkləyəcəyik. Ancaq onun fikrincə, buna ən azı iki il gərək olacaq.

“Virus tamamilə bizə adaptasiya olmağa məcbur olacaq, bizdə isə həmin vaxta qədər yaxşı kollektiv immunitet yaranacaq”, - doktor Timakov deyib.

Eləcə də oxuyun:

2
Teqlər:
Hindistan, ştamm, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Moskvada Maksim Qorki adına parkda qızlar, arxiv şəkli

Qərb COVID-19 Rusiyaya növbəti demokratiya dərsi verdi

6
(Yenilənib 20:53 24.06.2021)
Rusiyada epidemioloji vəziyyətin kəskin şəkildə pisləşməsi fonunda koronavirusla mübarizə tədbirləri kəskin şəkildə sərtləşdirilir. Bu dəfə səylərin əsas məqsədi vaksinasiya sürətini artırmaqdır.

BAKI, 24 iyun — Sputnik, İrina Alksnis. Moskva və Moskva vilayətində bir çox sahələrdə - ticarət, ictimai nəqliyyat, mənzil-kommunal xidmətləri, təhsil, əyləncə və s. sahələrdəki işçilərin məcburi vaksiyasiyası tətbiq ediləcək. Hətta paytaxt “Rospotrebnadzor”u işəgötürənlərdən işçilərin 60%-nin peyvənd olunmasını tələb edib: 15 iyuladək - birinci, 15 avqusta qədər isə - ikinci doza ilə. Kareliyada göstəriciləri müvafiq müəssisələr üçün məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsi üçün əsas olacaq kollektiv immunitet pasportları tətbiq olunur.

Tətbiq olunan tədbirləri qiymətləndirən biznes ombudsmanı Boris Titov açıq şəkildə “davamlı vaksinasiya işi məhdudlaşdırmağa alternativ olarsa, biznes bu yanaşmanı tamamilə dəstəkləyəcək” deyib.

Bu yaxınlarda Kreml mövcud vaksinasiya templərindən narazılığını ifadə edərək bildirib ki, bu templər "arzuolunan səviyyədən aşağıdır". Bu, yaranmış vəziyyətin hələ yumşaq qiymətləndirilməsidir.

Rusiyada əhalinin 10%-dən azı koronavirusa qarşı peyvənd olunub. Üstəlik, son zamanlarda federal və regional hakimiyyət orqanları vətəndaşları klinikalara və peyvənd nöqtələrinə getməyə necə inandıracaqlarını bilmirdilər. Hətta vaksin olunanlar arasında böyük mükafatlar nəzərdə tutulan - avtomobillər və mənzillər olan lotereyalar təşkil olundu.

Xaricdə vaksinlər üstündə dava getdiyi halda bu vəziyyət açıqca absurddur.

Mütəxəssislər və analitiklər mövcud vəziyyətin səbəbləri və buna günahkar olanlar barədə bir çox versiya irəli sürürlər. Bəziləri, məsuliyyəti əhalinin dərin inamsızlığı olan səlahiyyətlilərin üzərinə qoyur. Digərləri isə, bir çox həmvətənlərimizin öz sağlamlıqlarına məhəl qoymadıqlarını və məsuliyyətsiz yanaşdıqlarını düşünürlər.

Ancaq dövlət dərin düşüncələr və incə fəlsəfi məsələlər hayında deyil. Ölkəni əhatə edən yeni COVID-19 dalğası onun qarşısında ortaya çıxan problemi həll etmək üçün xüsusi bir vəzifə qoyur və burada - nə qədər qəribə görünsə də, Rusiya daha bir çox vacib və faydalı praktik demokratiya dərsi alır. Praktiki demokratiya çəhrayı çalarlarda görünən yox, reallıqda mövcud olandır.

Rusiyanın avtoritarizm və demokratiyanın yoxluğunda ittiham edilməsi Rusiya ilə Qərbin münasibətlərində adi hala çevrilib. Ancaq bu mövzunun sırf daxili siyasi komponenti var: Rusiya demokratiyanı davamlı olaraq qurur, bu halda dövlət və cəmiyyət o barədə daxili idealizə edilmiş fikirlərlə məşğul olmaq məcburiyyətindədir. Bu ötən əsrin son onilliklərində demokratik adlandırılan Qərb sistemlərinin əslində necə işlədikləri barədə biliklərin olmamasından formalaşıb.

Hazırda vəziyyət olduqca sürətlə dəyişir. Dünyanın informasiya keçiriciliyi bir-birinin ardınca "həqiqi demokratiyaların" necə olduğuna dair illüziyaları yox edir.

Onların fonunda Rusiyadakı daxili siyasət daha sərbəst və yumşaq görünür. Epidemiya bunu bir daha təsdiqlədi.

Qərb dünyası 2020-ci ilin əksər hissəsində ciddi lokdaunlar altında idi. Keçən qış boyunca dörd divar arasından çıxmayan ümidsiz avropalı etirazçılarını ağına-bozuna baxmadan su şırnaqları ilə qovurdular. Sonra orada könüllü-məcburi xarakter daşıyan vaksinasiya başladı: könüllü - çünki həyatın yenidən normaya düşməsi üçün özünüzə məmnuniyyətlə istənilən bir şeyi vurdurmağa imkan verirdi, məcburi isə ona görə ki, peyvənddən imtina etsəniz, çoxlu problemlərlə üzləşə bilərsiniz: mağazalara və restoranlara gedə bilməməkdən işlərini itirməyə qədər.

Ötən yaydan bəri Rusiya əhalisi isə minimal və çox vaxt simvolik məhdudiyyətlərlə demək olar ki, adi bir həyat yaşayırdı. Ancaq dövlət təcili surətdə olan yenidən qurulurdu və səhiyyə sisteminin dağılmasının qarşısını almaq üçün bir çox yeniliklərə başladı. Yerli alimlər ən qısa müddətdə dünyanın ən yaxşı peyvəndini yaradaraq uğur əldə etdilər.

Nəticədə, tələb olunan tək şey vətəndaşların peyvənd olunmağa gələrək məsuliyyət nümayiş etdirmək idi.

Və mütləq əksəriyyət bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirə bilmədi və bununla liberal siyasətin effektsizliyini və fövqəladə hallarda insanların sağlam düşüncəsinə olan ümidlərin nahaq olduğunu sübut etdi. Eyni zamanda, əvvəldən əhalinin əksəriyyətinin şüuru haqqında illüziyalarla yaşamayan və cəmiyyətlərini davamlı olaraq müəyyən bir hərəkət dəhlizinə sürükləyən Qərb dövlətlərinin rəhbərlərinin haqlılığı təsdiqləndi.

Dərs Rusiya üçün ağrılı oldu: xəstəlik qış göstəricilərinə qayıtdı və səhiyyə bir daha ağır yükün öhdəsindən gəlmək məcburiyyətində qaldı.

Vaksinasiya sürətini stimullaşdırmaq üçün elan edilmiş qərarlar Rusiya dövlətinin səhvlər üzərində işləməyə hazır olduğunu göstərir.

Əlbəttə, heç bir məcburiyyət olmayacaq. Hər bir şəxsin peyvənddən imtina etmək hüququ var – amma bunun hesabıni ictimaiyyətin sağlamlığı və əksəriyyətin maraqları naminə müəyyən məhdudiyyətlərlə ödəməli olacaq. Demokratiya yalnız hüquqlar demək deyil, həm də öhdəliklər, öz qərar və addımlarına görə məsuliyyət daşımaq deməkdir. Qərb dünyası bunu Rusiyaya bir daha açıq şəkildə nümayiş etdirdi.

Demokratiyaya xoş gəlmisiniz.

Eləcə də oxuyun:

  • Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

  • İki doza peyvənddən 6 ay sonra yenidən peyvənd vurulacaq? TƏBİB-dən izahat

6