BAKI, 31 iyul — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə, İraq səfirliyinə yaxın ərazidə, iki partlayış baş verib. Sputnik Azərbaycan bu barədə "Əl-Cəzirə"-yə istinadən xəbər verir.
Hadisənin baş verdiyi bölgədə polislə terrorçular arasında silahlı toqquşma yaşanıb. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürüb. Ölən və yaralananlar barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, terrorçu-kamikadze özünü səfirliyinin girişində partladıb.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.
“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.
Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.
Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra qızı dünyaya gəlib.
Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.