Baş nazir: "Edam cəzasını tətbiq etməyin zamanı çatdı"

Abunə olmaq
"Terrorçulara edam cəzası verməyin zamanı gəldi"

BAKI, 28 iyul — Sputnik. İsrailin Baş naziri Benyamin Netanyahu, edam cəzasını bərpa etmək istədiklərini bildirib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, o, bu sözləri, bir neçə gün əvvəl öldürülən 3 İsrail polisinin ailəsini ziyarət edərkən deyib.

"Terrorçulara edam cəzası verməyin zamanı gəldi" — Netanyahu söyləyib.

Edam cəzasının tətbiq olunması üçün hakimlər arasında fikir həmrəyliyinin vacib olduğunu deyən Netanyahu, onların bu mövzudakı düşüncələrini öyrənmək istədiyini bildirib.

Qeyd edək ki, İsrail konstitusiyasında edam cəzası olsa da, yəhudilərin dini təlimləri səbəbilə tətbiq edilmir. Onu da xatırladaq ki, iyulun 14-də İsrail polisi müsəlmanların Əl-Əqsa məscidində namaz qılmasına əngəl törədərək, 3 fələstinli gənci öldürmüşdü. Bunun üzərinə, qəzəblənən kütlə 3 İsrail polisini qətlə yetirmişdi.

Xəbər lenti
0