FED qərarını açıqladı

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
Okeanın o tayında gözlənilən qərar verilib

BAKI, 27 iyul — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul iclası başa çatıb. Sputnik Azərbaycan "Marja"-ya istinadən xəbər verir ki, komitənin qərarı ilə faiz dərəcələri dəyişdirilməyib. Maksimum faiz nisbətini 1,25%-də, minimum faiz nisbətini 1,00%-də saxlayıb.

Bu qərar bazarın iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb. İqtisadçılar Fed-in növbəti dəfə dekabr ayında faiz artıracağını gözləyirlər. Səbəb inflyasiyanın sürətlənməsinin ləngiməsidir. FOMC toplantısından sonra verilən açıqlamada, balansın nisbi olaraq yaxın zamanda azaldılmağa başlanacağına işarə verilib.

Bəyanatda bu ifadələr yer alıb:

— Məşğulluq bazarı güclənməyə davam edir

— İqtisadi fəallıq mülayim şəkildə artır

FED rəsmiləri, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini və inflyasiyanın orta müddətdə 2 faiz ətrafına yüksəlməsini gözlədiklərini bildirib. Həmçinin, iqtisadiyyat üçün qısamüddətli risklərin balanslı olduğunu və inflyasiyanı izlədiklərini qeyd ediblər.

ABŞ Mərkəzi Bankı 4.5 trilyon dollara yüksələn balansı "nisbi olaraq yaxın bir zamanda" azaltmağa başlayacağını bildirib. Yəqin ki, Sentyabrda balansın azaldılmasına başlanacaq. Fed, pul siyasəti faizini 2008-ci ilin Dekabr ayında sıfır səviyyəsinə endirməsindən sonra, uzunmüddətli kredit faizlərini aşağı salmaq üçün trilyonlarla dollarlıq (4,5 trilyon dollar) istiqraz almışdır. Fed vaxtı çatdıqca istiqrazları geri qaytararaq dövriyyədəki Dolları yığacaqdır.

Qərarın açıqlanmasından sonra dollar avro qarşısında 0,7% ucuzlaşıb. Bakı vaxtı ilə saat 23:03-də avro/dollar məzənnəsi 1.17 səviyyəsinə aşaraq 1.1730 dolları görüb (1 avro =1.1730 dollar).

Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb. Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırmışdı. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75%-ə artırılması barədə qərar qəbul etmişdi.

Xəbər lenti
0