BAKI, 26 iyul — Sputnik. LGBT fəalları "İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə döyüş əməliyyatlarının aparılması üçün öz ordusunu formalaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.
Yeni ordu "Homoseksualların Üsyançı Qurtuluş Ordusu" (The Queer Insurrection and Liberation Army, və ya TQILA) adlanır və o, "Beynəlxalq Azadlıq Batalyonu"nu (International Freedom Battalion) tərkibindəki "Beynəlxalq İnqilabi Xalq Üsyançı Qoşunları" (IRPGF) ilə birlikdə döyüşəcək.
"Biz "Beynəlxalq İnqilabi Xalq Üsyançı Qoşunları" (IRPGF) rəsmən LGBT və QI hərəkatlarının tərəfdarlarından ibarət "Homoseksualların Üsyançı Qurtuluş Ordusu"nun (TQILA) qurulduğunu elan edirik" — deyə IRPGF-nin Twitter-də yayımladığı bəyanatında bildirilir.
Məlumata görə, TQILA "tiraniya, faşizm və zülm"lə mübarizə aparacaq. Hazırda ordudakı döyüşçülərin dəqiq sayı məlum deyil. Amma TQILA-nın təmsilçisi Xeval Rocilat bəyan edib ki, artıq sözügedən ordunun iştirakçıları Suriyanın Raqqa şəhərində gedən döyüşlərdə iştirak edirlər.
Suriyada kürdlərin YPG qüvvələri ilə eyni cəbhədə yer alan yeni təşkilatın hərbi qurumunun yaradılmasında İŞİD-in Mosul həbsxanalarının pəncərələrindən tulladığı homoseksualların görüntülərinin önəmli rol oynadığı bildirilir. IRPGF, sadəcə radikal müsəlman təşkilatlara deyil, radikal xristian təşkilatlara da qarşı olduqlarını bəyan edib.
BAKI, 6 mart - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.
APA xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.
“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.
Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.
Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.
BAKI, 6 mart — Sputnik. İndoneziyada dəhşətli olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İndoneziyanın Borneo adasında timsah 8 yaşlı qızı udub. Bir gün sonra isə qızın cansız bədəni heyvanın mədəsindən çıxarılıb.
Hadisənin necə baş verməsinə gəldikdə isə, atası 8 yaşlı qızının çayda üzərkən timsahın hücumuna məruz qaldığını, ona kömək etmək istədiyini, lakin bir şey edə bilmədiyini deyib.
"Youtube" şəbəkəsində yayımlanan videoda isə qızın timsahın mədəsindən çıxarılma anı və yaxınlarının göz yaşları öz əksini tapıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.