Türkiyə və İsrail bayraqları Türkiyə Respublikasının Tel-Əvivdəki səfirliyinin üzərində dalğalanır

İsrail Ərdoğanı "Osmanlı" ilə vurdu

6690
(Yenilənib 13:05 26.07.2017)
Türkiyə - İsrail münasibətləri yenidən düşmənçilik həddinə yaxınlaşır

BAKI, 26 iyul — Sputnik. Bir müddətdir ki, müqəddəs şəhər Qüds və Əl-Əqsa məscidi ətrafında davam edən gərginlik İsrail-Türkiyə münasibətlərinə də təsir edib. Dünya müsəlmanlarını Qüdsə sahib çıxmağa çağıran Türkiyə prezidenti Ərdoğana İsraildən sərt reaksiya gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/Handout

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Təl-Əviv Ərdoğanı öz ölkəsinin daxili işləri ilə maraqlanmağa çağırıb. "Biz Ərdoğana xatırlatmaq istəyirik ki, Osmanlı imperiyasının vaxtı artıq çoxdan bitib. Yəhudilərin paytaxtı əzəldən Qüds olub, indi də elədir və bundan sonra da elə qalacaq" — deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının qrup yığıncağında dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib. "Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir" — Ərdoğan bildirib.

Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: "Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər".

Ərdoğan, Fələstin-İsrail problemində yeganə həll yolunun, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı şərqi-Qüds olan Fələstin və paytaxtı Təl-Əviv olan İsrail dövlətlərinin qurulmasından keçdiyini bildirib.

6690
Teqlər:
Ərdoğan, Türkiyə, İsrail, Əl-Əqsa məscidi, Qüds
Əlaqədar
İsrail-Türkiyə gərginliyi pik həddə çatdı
Növbəti Türkiyə - İsrail münaqişəsi başlaya bilər
Ankara merindən sensasiyalı açıqlama: ABŞ və İsrail Türkiyəni yox etməyə hazırlaşır
İsrail hökuməti Türkiyə ilə razılaşmanı təsdiqlədi
Türkiyə - İsrail yaxınlaşmasının arxasındakı "gizli əl"
Türkiyə ilə İsrail arasında razılıq əldə olundu
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

17
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

17
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

16
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

16