BAKI, 25 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib. Sputnik Azərbaycan bu barədə "Timerturk"-ə istinadən xəbər verir.
"Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir" — Ərdoğan bildirib.
Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: "Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər".
Ərdoğan, Fələstin-İsrail problemində yeganə həll yolunun, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı şərqi-Qüds olan Fələstin və paytaxtı Təl-Əviv olan İsrail dövlətlərinin qurulmasından keçdiyini bildirib.
BAKI, 23 aprel — Sputnik. Türkiyənin "Roketsan" hərbi sənaye şirkəti "Twitter"də ən yeni "Akıncı" pilotsuz uçuş aparatının səhrada MAM-T tipli "ağıllı bombalarla" Rusiyanın "Pantsir-S1" zenit-raket top kompleksinə bənzəyən hədəfi məhv etdiyi animasiya videoçarxını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bir qədər əvvəl "Roketsan" adı çəkilən ağıllı sursatların ilk uğurlu sınağı barədə məlumat yayıb.
Xatırladaq ki, RF telekanallarından birində yayımlanan "Vesti nedeli" (Həftənin xəbərləri) verilişində bu ölkənin istehsalı olan "Lanset" PUA-nın üzərində Türkiyə SQ emblemi olan "Bayraktar" PUA-ya bənzər hədəfin məhv edildiyi animasiya videoçarxı nümayiş olunub.
Göklerde özgürlüğün yeni üyesi: MAM-T! 🚀 🇹🇷
— Roketsan (@roketsan) April 22, 2021
#MAMT #Roketsan @SavunmaSanayii @Baykar_Savunma pic.twitter.com/MC0xuFXD4E
Qeyd edək ki, Türkiyədə PUA-ların aparıcı istehsalçısı olan "Baykar" şirkətindən Ukraynanın artıq "Bayraktar" həmlə PUA-larını aldığı barədə məlumat verilib.
Hərbi ekspert Viktor Muraxovski bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə etdiyi səfərin məqsədlərindən biri "Akıncı" həmlə PUA-larının alınması cəhdi ola bilər.
Qeyd edək ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya döyüş PUA-larını heç bir şərt olmadan satdığını və müqavilənin Rusiyaya qarşı yönəlmədiyini bildirib.
BAKI, 23 aprel — Sputnik. Ukrayna İsrailin Baş naziri Binyamin Netanyahuya Kiyev və Moskva arasında danışıqlarda vasitəçi olmağı təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk "I24news" telekanalına müsahibəsində bildirib.
"Biz artıq İsrail baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini xahiş etmişik. Çünki Netanyahunun onların hər ikisi – Putin və Zelenski ilə yaxşı münasibətləri var", - deyə səfir qeyd edib.
O əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək: "Biz çox şadıq ki, Netanyahu bundan imtina etməyib. Əksinə, o, öz marağını və kömək etmək istəyini göstərdi".