Con Bass

Donald Tramp Türkiyədəki səfiri niyə Əfqanıstana göndərdi?

20
(Yenilənib 15:10 21.07.2017)
Con Bass 2014-cü ildə ABŞ-ın sabiq rəhbəri Barak Obama tərəfindən Türkiyəyə səfir təyin edilib

BAKI, 21 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin Türkiyədəki səfiri Con Bassın yerini dəyişmək barədə qərar qəbul edib. Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Xəbərə görə, Con Bass bundan sonra Amerikanın Əfqanıstandakı səfiri vəzifəsini icra edəcək.

Bassın əvəzinə Türkiyəyə kimin göndəriləcəyi isə hələlik məlum deyil. 

Bu ani dəyişikliyi şərh edən Dövlət Departamentinin keçmiş spikeri Con Kirbi, Trampın qərarını "sərsəm" adlandırıb. O, Trampın belə bir addım atmasının səbəbini, Con Bassı məhz sabiq prezident Barak Obamanın təyin etməsi ilə əlaqələndirib.

"Con Bass çox yaxşı tanıdığım diplomatdır. Bu sahədə onun kimi bacarıqlı və təcrübəli birini tanımıram" — Kirbi deyib.

Con Bass 2014-cü ildə ABŞ-ın sabiq rəhbəri Barak Obama tərəfindən Türkiyəyə səfir təyin edilib.

Xatırladaq ki, yeni prezident Donald Tramp, bir müddət əvvəl verdiyi açıqlamasında, xələfi Obamanın təyinatlarını gözdən keçirəcəyini, o nə edibsə əksini edəcəyini söyləmişdi.

20
Teqlər:
Con Bass, Donald Tramp, Con Kirbi, Barak Obama, Əfqanıstan, Türkiyə, ABŞ
Əlaqədar
Çinə yeni səfir təyin olundu
ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı açıqlanıb
ABŞ İsraildəki səfirliyini Qüdsə köçürəcək, amma...
Səfir: “Türk xalqı cümhuriyyətinə xainlik edənləri cəzalandırdı”