İbrahim Tatlısesin oğlu zəlzələ anını canlı yayımladı

© Photo : Yasar Anter/Dogan News Agency via REUTERSBodrumda zəlzələ, 21 iyul 2017-ci il
Bodrumda zəlzələ, 21 iyul 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Tatlıses və dostları zəlzələ anında şok keçiriblər

BAKI, 21 iyul — Sputnik. Dünən Türkiyənin Egey bölgəsində baş verən 6.3 bal gücündəki zəlzələ insanlarda ciddi qorxu yaradıb. 2 nəfərin öldüyü, 100-dən çox insanın xəsarət aldığı zəlzələ ilə bağlı maraqlı görüntülər də üzə çıxıb.

Bu görüntülərdən birini də məşhur müğənni İbrahim Tatlısesin oğlu İDO lentə alıb. Anası Dərya Tunanın doğum gününü Muğla vilayətində qeyd edən Tatlıses və dostları zəlzələ anında şok keçiriblər.

Oğul Tatlıses həmin görüntüləri daha sonra sosial şəbəkədə paylaşıb. Sputnik Azərbaycan "NTV"-yə istinadən o anları təqdim edir: 

Xəbər lenti
0