"Azərbaycanın İsraillə yaxşı əlaqələri olsa da, işğala göz yuma bilmərik"

© Sputnik / Murad OrujovМеждународная конференция по вопросу Иерусалима
Международная конференция по вопросу Иерусалима - Sputnik Azərbaycan
Abunə olmaq
"İsrail işğalı dərhalı sonlandırmalı və iki dövlətli həll üçün şərqi Qüdsə olan iddiasından əl çəkməlidir"

BAKI, 20 iyul — Sputnik. "Bizim İsraillə yaxşı əlaqələrimizin olması, Fələstindəki işğala göz yumacağımız mənasını vermir". Bu gün Bakıda keçirilən Qüds məsələsi ilə bağlı beynəlxalq konfransdakı çıxışı zamanı, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Şahin Abdullayev belə deyib.

Bakı şəhəri - Sputnik Azərbaycan
TƏHLİL
Bakıda tarixi sammit: İsrail niyə dəvətli deyil?

XİN rəsmisi bəyan edib ki, Azərbaycan beynəlxalq hüquqa əsasən hərəkət edir, BMT təhlükəsizlik şurasının qərarlarına uyğun davranır: "BMT Təhlükəsizlik şurasının qətnamələrində açıq-aşkar göstərilir ki, bir ölkə başqa bir ölkənin torpağını işğal edə bilməz".

Tədbirdə çıxış edən BMT baş katibinin müavini Rafael Dario Ramires, İsrailin işğal siyasəti ucbatından Fələstin xalqının güzəranının çox aşağı səviyyədə olduğunu bildirib: "İsrailin 1967-ci ildə Fələstin torpaqlarını işğalı ilə birlikdə, fələstin xalqının güzəranı da pisləşməyə başladı. Vəziyyət artıq dözülməz həddədir. İsrail işğalı dərhalı sonlandırmalı və iki dövlətli həll üçün şərqi Qüdsə olan iddiasından əl çəkməlidir. Ümid edirəm ki, bu konfrans problemin həllinə yardımçı olacaq".

Fələstinin BMT-dəki daimi təmsilçisi Riyad Mənsur çıxışına başlamadan öncə, zirvənin keçirilməsindəki əməyinə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib: "Bu cür həssas tədbirin Bakıda keçirilməsinə yaratdığı şəraitə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. Hazırda müqəddəs şəhər Qüdsdə insanlıq dramı yaşanır. İsrailin ekstremist gücləri, əsgəri, polisi insanların ibadətlərinə əngəl yaradır. Müsəlmanlar üçün müqəddəs yer, ilk qibləgahımız Əl Əqsa məscidində insanların namaz qılmasına imkan verilmir".

"Bu, ümumilikdə insan haqlarının ən kobud formada pozulması deməkdir. Cenevrə konvensiyasına zidd hərəkətdir. İsrailin bu davranışları iki dövlətli həll yolunun önünü tıxayır. Yaxın Şərqdə vəziyyətin düzəlməsi üçün İsrail işğal etdiyi torpaqlardan çəkilməlidir" — Riyad Mənsur qeyd edib.

Daha sonra söz alan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmsilçisi Samir Bakr İsrailin Əl Əqsa məscidinə qarşı etdiklərini, dünya müsəlmanlarının heysiyyatı ilə oynamaq kimi qələmə verib. O, bu işğalın,  Yaxıın Şərqdəki təhlükəsizliyə ciddi zərbə vurduğunu deyib: "İsrailin Əl Əqsa məscidinə qarşı etdikləri, bütün dünya müsəlmanlarının heysiyyatı ilə oynamaqdır. Qüdsdə bu gün olanlar dünya birliyi tərəfindən qəbul edilən bütün doktrinaların tapdalanmasıdır".

Qeyd edək ki, tədbir iyulun 21-də başa çatacaq.

Xəbər lenti
0