Автомобиль Porsche Cayenne, фото из архива

"Dizel" avtomobil həvəskarlarına bəd xəbər

1317
Bəzi şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır

BAKI, 19 iyul — Sputnik. Avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bir çox avtomobil şirkətindən sonra bu dəfə də məşhur alman avtomobil şirkəti "Porsche" yeni istehsal etməyə başladıqları dizel modellərinin son dəfə olacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Porsche"nin baş icraçı direktoru Oliver Blume deyib.

Qeyd edək ki, bir qədər əvvəl "Volvo" şirkəti də 2019-cu ildən etibarən ancaq elektrikli motorlu avtomobil istehsal edəcəyini bildirib. Həmçinin dünən "Mercedes" şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırıb. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib.

Xatırladaq ki, belə bir problem 2015-ci ildə Almaniyanın "Volkswagen" şirkəti ilə baş verib və o zaman şirkət 4,3 mlrd. dollar cərimə olunub.

1317
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

15
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

15
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

84
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

84
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0