Qətər

Qətər böhranı həll olunur?

14
Səudiyyə Ərəbistanın BMT yanında nümayəndəsi: Biz hamımız kompromisi dəstəkləyirik, amma bu 6 prinsiplər ilə bağlı kompromis olmayacaq

BAKI, 19 iyul — Sputnik. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər üçün tələblərin siyahısını azaldıb və ölkəni konkret müddət olmadan onları yerinə yetirməyə çağırıb.

Bu barədə "Report" ABŞ-ın "Wall Street Journal" nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki, ərəb ölkələri 13 tələb əvəzinə 6 ümumi "prinsipləri" formalaşdırıb.

"Sözsüz ki, biz hamımız kompromisi dəstəkləyirik, amma bu 6 prinsiplər ilə bağlı kompromis olmayacaq" — Səudiyyə Ərəbistanının BMT yanında nümayəndəsi Abdalla al-Mouallimi bildirib. 

Qətər
© Sputnik / Vitaly Belousov

Yeni siyahıda "Əl-Cəzirə" peyk televiziya şəbəkəsini bağlamaq və islamçı təşkilatların bütün üzvlərini dərhal Qətərdən deportasiya etmək tələbi indi yoxdur. Bu dəfə ərəb ölkələri yeni "prinsiplərin" yerinə yetirilməsi müddətini müəyyən etməyib və vurğulayıb ki, onlar daha geniş xarakter daşıyır.

"Wall Street Journal"ın məlumatına görə, Qətərin nümayəndəsi bildirib ki, ərəb dövlətləri beynəlxalq birlik tərəfindən təzyiq şəraitində simalarını qorumaq məqsədi ilə bu addımı atıblar. O, yalnız region dövlətlərin vasitəçiliyinin köməyi ilə münaqişəni həll etməyə razılıq verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir bu il iyunun əvvəlində Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilə etməkdə günahlandıraraq rəsmi Doha ilə diplomatik əlaqələri kəsib.

14
Teqlər:
Qətər böhranı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, ABŞ
Əlaqədar
Qətər böhranında gözlənilməz dönüş
Qətər yenə də inadından dönmür
Qətər böhranı pik həddə çatdı
“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”
ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi

Simptomsuz koronavirusu necə təyin etmək olar?

26
Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar

BAKI, 25 may - Sputnik. Koronavirusu heç bir əlamət olmadan keçirən xəstələrdə onu yalnız və yalnız analizlər vasitəsilə təyin etmək mümkündür.

Sputnik Azərbaycan bildirir ki, bunu tibb elmləri doktoru, pulmonoloq Aleksandr Karabinenko “Zvezda” telekanalına müsahibəsində deyib.

O izah edib ki, insanın koronavirus infeksiyasına yoluxmasını onun orqanizmindəki müvafiq anticisimlərlə təyin etmək mümkündür. Yəni xəstəliyi simptomsuz keçirənlərə xarici görünüşünə baxıb diaqnoz qoymaq heç cür mümkün deyil, həkim deyib.

Mayın 25-də “Rospotrebnadzor”un rəhbəri Anna Popova qeyd etmişdi ki, indi insanlar koronavirus səbəbindən “yeni normal şərtlərə” uyğun yaşamağa alışmalıdırlar: “Tamamilə aydındır ki, virus getməyə hazırlaşmır. Ancaq biz artıq çox şey bacarırıq, çox şeyi öyrəndik, yəni bu müddət ərzində bu virusla yaşamağı da öyrəndik”.

26
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Azərbaycanın dostu olduğu ölkə koronavirusa qalib gəldiyini elan etdi
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"
Biz indi koronavirus dalğasının harasındayıq?
Azərbaycan XİN-in binası, arxiv şəkli

Azərbaycanın müsəlman ölkələrindəki diplomatik nümayəndələrinə xüsusi tapşırıq verildi

22
(Yenilənib 23:05 25.05.2020)
Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb

BAKI, 25 may - Sputnik. Ermənistan Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, Nikol Paşinyan bir sıra müsəlman ölkələrinin rəhbərlərinə Ramazan bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qeyd edərək, Ermənistanın yüz minlərlə azərbaycanlı müsəlmana qarşı etnik təmizləmə apardığını, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələri, o cümlədən məscidləri dağıtdığını və talan etdiyini xüsusi vurğulayıb.

Yüz minlərlə müsəlman əhalinin hüquqlarının kobud surətdə pozulması şəraitində Ermənistan hökumətinin islam dininə və onun dəyərlərinə yalançı hörmət izhar etmək cəhdlərini Azərbaycan XİN riyakarlığın və saxtakarlığın ən yüksək həddi adlandırıb.  

Sputnik Azərbaycan diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb.

Məlumdur ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz siyasəti nəticəsində Azərbaycanın mədəni və dini irsinə vurulan zərbə, eləcə də ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə hər il qətnamələr qəbul edir. Bu qətnamələrdə Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzünü dayandırmaq qəti şəkildə tələb edilir.

22
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Azərbaycan XİN Paşinyanın fikrinə münasibət bildirdi
"Paşinyan islam dininə hörmət etsəydi..."
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

0
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

0
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var