Açıq Hava Muzeyi

Nağıllar diyarı Kapadokya yeraltı dünyaya səyahət

372
(Yenilənib 00:48 10.07.2019)
"Təhlükəlidir! Girmək olmaz!" xəbərdarlığı insanı vahiməyə salır

İradə Cəlil, Sputnik Azərbaycan

 

II yazı

 

BAKI, 19 iyul — Sputnik. Kapadokya Anadolunun ən qədim yazılı abidələrin tapıldığı yerdir. Bölgə o qədər maraqlıdır ki, buranı günlərlə gəzib bitirmək olmaz. Mənə Niğdə valisi Ərtan bəyin dəstəyi ilə bu tarixi bölgəni müəyyən qədər gəzib görmək qismət oldu. Yol bələdçim İbrahim bəy, oruc tutmasına baxmayaraq, bizi bir-bir tarixi məkanlara aparır, daha çox gəzməyim, görməyim üçün əlindən gələni əsirgəmirdi.

Daş heykəllər
© Sputnik / Irade JELIL
Daş heykəllər

Kapadokya həqiqətən Yaradanın yer üzünə hədiyyəsidir. Milyon illər əvvəl Ərciyəz və Həsən dağlarının püskürdüyü lava kilometrlərlə əraziyə yayılıb və soyuduqca qəribə fiqurlar yaranmağa başlayıb.

Ərazi zaman-zaman hititlər, friqlər, medlər, farslar, makedoniyalılar, romalılar, pontuslular, səlcuqlar və osmanlıların məskəni olub. Kapadokyada 4 mövsümü yaşamaq mümkündür. Buna görə də, Kapadokyaya hansı fəsildə getsən, fərqli duyğu yaşayacaqsan. Xatırladaq ki, 1997-ci ildə Dünya Hava Olimpiadasının Hava Şarı yarışı burada keçirilib.

Görəmə Açıq Hava Muzeyi IV –XIII əsrlərdə monastır kimi fəaliyyət göstərib. Böyük bir ərazidə qayalarda ovulmuş kilsələr, yeməkxanalar, oturma məkanları, yataq otaqları olan bu muzey monastır təhsil sisteminin başlandığı yer olaraq qəbul edilir. Eyni təhsil sistemi sonralar Soğanlı, İhlara və Açıqsarayda da olub. Muzeydə diqqəti daha çox xristianlığın ilk dönəmlərində istifadə edilmiş geometrik bəzəklərlə yanaşı, İsa peyğəmbərin həyatından canlandırılmış səhnələr cəlb edir.

Görəmə Açıq Hava Muzeyi
© Sputnik / Irade JELIL
Görəmə Açıq Hava Muzeyi

Görəmə Açıq Hava Muzeyində Qızlar və Oğlanlar Monastırı, Almalı Kilsə, Əziz Barbara Kilsəsi, İlanlı Kilsə, Qaranlıq Kilsə və Tokalı Kilsə turistlərin ən sevdiyi məkanlardan olsa da, kilsələrin qapısında "içəridə foto-video çəkmək qadağandır" yazılıb.

Onu da deyək ki, Görəmə Açıq Hava Muzeyi 1985-ci ildən təbii və mədəni varlıq olaraq UNESCO-nun Dünya Mirası Siyahısında yer alıb. Muzey dini bayramların ilk günü saat 13.00-ə qədər bağlı olur. Muzeyə giriş 30 lirədir. Açıq Hava Muzeyi o qədər böyükdür ki, gəzməklə bitmir və insanı yorur. Bəzi yerlərdə isə "Təhlükəlidir! Girmək olmaz!" xəbərdarlığı insanı vahiməyə salır.

Gümüşlər Monastırı
© Sputnik / Irade JELIL
Gümüşlər Monastırı

Kapadokyada turistlərin diqqətini çəkən məkanlardan biri də Gümüşlər Monastırıdır. Qapı ağzında bizi Uğur adlı bələdçi qarşıladı və monastırı gəzdirdi. O, ara-sıra bizə monastır haqqında məlumat da verirdi. Dediyinə görə, bölgənin ən böyük monastırı hesab edilən Gümüşlər monastırı XI-XII əsrlərdə tikilib. Gümüşlər monastırının ən çox marağa səbəb olan hissəsi kilsədir. Deyilənə görə, kilsənin divar rəsmləri 3 fərqli usta tərəfindən çəkilib. Kilsə divarlarında Həzrəti İsa, iki mələk, Məryəm ana və əshabələr yer alıb.

Məryəm ana və İsa freskası
© Sputnik / Irade JELIL
Məryəm ana və İsa freskası

Kilsənin alt qismindəki divarlarda isə Kayserili Böyük Basileios, Nyaalı Gregorius və s. rəsmləri yer alır. Gümüşlər Monastırının ən diqqət çəkən xüsusiyyəti gülümsəyən Məryəm ana və İsa freskasıdır. Kilsədə tavana çəkilən bu rəsmlərin dünyanın heç bir yerində təkrarı yoxdur. Məryəm ana freskası elə bir formada çəkilib ki, hansı tərəfdə dayansan o sənə baxacaq. Düzü bu da insanı vahiməyə salır. Gümüşlər Monastırı hər gün 8.00-19.00 saatlarında turistlərin xidmətindədir. Monastıra giriş 5 lirədir. Monastırın nəzarətçisi Uğur bildirir ki, turistlər buraya daha çox yay aylarında üz tuturlar. Buna görə də, monastır yayda axşam 19.00-a, qışda isə 17.00-ə qədər açıq olur.

Yeraltı şəhərə giriş
© Sputnik / Irade JELIL
Yeraltı şəhərə giriş

Muzeydən çıxıb Yeraltı şəhərə üz tuturuq. Kapadokyanın ən maraqlı yerlərindən biri də yeraltı şəhərlərdir. Bu şəhərlər yerin altında oyularaq yaradılıb. Yeraltı şəhərə 30 minə yaxın insan sığa bilər. Kapadokya qədim dövrlərdə tez-tez müxtəlif hücumlara məruz qalırmış. Yeraltı şəhərlər də məhz xalqı bu təhlükədən qorumaq üçün salınıb. Maraqlıdır ki, yeraltı şəhərlər ərazidə olan bütün evlərlə birləşir. Həmin dövrlərdə hücumlara məruz qalan insanlar öz evlərinin altında əlavə oyuq oyaraq, hücumlardan qorunmaq üçün istifadə edirmiş.

Yeraltı şəhər
© Sputnik / Irade JELIL
Yeraltı şəhər

Yeraltı şəhərlər haqqında ən qədim yazılmış kitab İksofonun "Anabasis" adlı kitabıdır. Kitabın müəllifi Anadolu və Qafqazda yaşayan insanların evlərinin bir-birinə dəhlizlərlə bağlı olduğunu yazıb. Yeraltı şəhərə düşmək o qədər də maraqlı deyil, amma Kapadokyanın istisindən sərinlənmək üçün bura ideal hesab edilə bilər. Amma içəridə bir qədər çox qalanda, soyuqdan adamın canına üşütmə düşür.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hər yerində olduğu kimi. burada da ərzaq və otellər bahadır. Və unutmadan onu da qeyd edim ki, yeməkləri bizim yeməklər qədər dadlı deyil. Buna görə də yeməklərə pul xərcləməyə dəyməz. Əgər turist kimi Kapadokyaya gəlib bir gecə qalmaq istəsən, bu sizə ən azı 75 manata başa gələcək. Kafe və restoranlarda da qiymətlər bahadır. Bir armudu stəkanla çay 3 Tl, bir simit 4 Tl, bir pay kabab 40 Tl-dir. Qısacası, Kapodokyada bir gün qalmaq 100 —150 manata başa gəlir.

(ardı var)

372
Teqlər:
qaya, Kapadokya, Anadolu, monastr, muzey, Türkiyə
Əlaqədar
Hindistana səyahət etmək istəyənlərin nəzərinə
Gürcülərin Avropaya vizasız səyahətləri başladı
Keçmişə səyahət etmək istəyirsinizsə, bu məkana baş çəkin
23 il əvvələ qayıdış: İşğal olunmuş Kəlbəcərə "virtual səyahət"
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

114
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

114
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
Tibb işçidi dərman göstərir, arxiv şəkli

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

305
(Yenilənib 23:40 06.08.2020)
Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər

BAKI, 6 avqust — Sputnik. Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusu dəf etməyə və ya fəsadlarını aradan qaldırmağa kömək edən dərmana patent alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, dərmanın adı “Leytragin”dir (Лейтрагин).

"Rusiya FTBA COVID-19-a qarşı preparatı patentləşdirdi. Bu praktik tibbə daxil olan, delta-opioid reseptorlarının dünyada ilk və hələlik yeganə aqonistidir", - agentliyin məlumatında deyilir. 

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı "dalargin" olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir. Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran "sitokin hücumunun" - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər. Məsələn, avqustun 2-də Rusiyanın “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırdığını bəyan edib. Mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar.
Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

305
Teqlər:
Rusiya, dərman, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır
Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Ev şəraitində müalicə alanlar, tövsiyəyə əməl edin