Ruhani, arxiv şəkli

Prezident qardaşını xilas edə bildi

318
(Yenilənib 12:19 18.07.2017)
Məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaldıb

BAKI, 18 iyul — Sputnik. Külli miqdarda pulu mənimsəməkdə ittiham olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, onun azadlığa buraxılması üçün öncə 500 milyard rial, yəni 13,3 milyon dollar tələb olunub. Ancaq sonra məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.

Xatırladaq ki, İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu. Hüseyn Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.

318
Teqlər:
Hüseyn Firidun, qardaş, zamin, İran, Həsən Ruhani, girov, prezident
Əlaqədar
İran prezidentinin qardaşı həbs olunub
Ekspert: “Ruhani İrana sabitlik vəd edir”
Həsən Ruhaninin prezidentliyə namizədliyi təsdiqlənib
Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi keçirilib
Vladimir Putin və Həsən Ruhaninin Bakıya gələcəyi tarix açıqlandı