Лазерное оружие

Yeni era başladı: dəhşətli silah sınaqdan keçirildi

312
Lazer silahının sürəti qitələrarası ballistik raketin sürətindən 50 min dəfə artıqdır

BAKI, 18 iyul — Sputnik. Birləşmiş Ştatlara aid Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini sınaqdan keçirib.

Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, ABŞ hərbçiləri özlərinə aid pilotsuz uçan aparatı şərti hədəf seçərək onu məhv edə biliblər. Bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.

Məlumata görə, sözügedən lazer silahının sürəti qitələrarası ballistik raketin sürətindən 50 min dəfə artıqdır.

 

312
Teqlər:
lazer silahı, Fars körfəzi, ballistik raket, pilotsuz uçan aparat, Birləşmiş Ştatlar
Əlaqədar
Rusiya Azərbaycana silah göndərdi
ABŞ "terroru maliyyələşdirənlərə" silah satır
ABŞ terrorçulara silah-sursat göndərdi
Yeni texnika silahlanmaya daxil edilib
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

5
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

5

Fevralda Türkiyə Azərbaycan ordusunun ortaq hərbi təlimi olacaq

7
(Yenilənib 15:40 17.01.2021)
"Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

BAKI, 17 yanvar - Sputnik. Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi"nə qatılacaq azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” - deyə məlumatda bildirilib.

7
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

0
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

0