Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə

Türkiyədə 15 iyul şəhidlərinin xatirəsinə abidə ucaldılıb

25
(Yenilənib 20:56 16.07.2017)
Ərdoğan: "Onların əlində inamdan başqa heç nə olmayıb, ancaq onlar təyyarə və tankları dayandırmağı bacardılar"

BAKI, 16 iyul — Sputnik. Türkiyədə 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhd zamanı həlak olanların xatirəsi əbədiləşdirilib. APA-nın məlumatına görə, 15 iyulda həlak olanların xatirəsinə paytaxt Ankarada abidə ucaldılıb.

Bu gün səhər abidənin açılışı olub. Açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət rəsmiləri, deputatlar, sıravi vətəndaşlar iştirak ediblər.

Mərasimdə çıxış edən Ərdoğan bildirib ki, bu abidə gələcək nəsillərə türk xalqının qəhrəmanlarından bəhs edəcək: "Onların əlində inamdan başqa heç nə olmayıb. Ancaq onlar təyyarə və tankları dayandırmağı bacardılar. Biz şəhidlərimizi torpağa tapşırsaq da, qəlbimizdə daim yaşayacaqlar. Çevrilişin təşkilatçıları isə təkrar-təkrar ölə-ölə, həbsxana divarları arasında çürüyəcəklər".

Qeyd edək ki, abidə Ankarada Prezident Sarayının yaxınlığında ucaldılıb. Abidənin qoyulduğu yerdə 2016-cı ilin 15 iyulunda qiyamçıların aviazərbələri nəticəsində 30 nəfər həlak olub. Dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı bir neçə gündür ki, Türkiyənin bütün ərazisində kütləvi aksiyalar keçirilir.

25
Teqlər:
15 iyul hadisələri, abidə, Ərdoğan, Türkiyə
Əlaqədar
Səfir: “15 iyul Türkiyə tarixinin dönüş nöqtəsidir”
"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"
15 iyul Şəhidlərin Anım Günü kimi qeyd olunacaq

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

3
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

3
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

0
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0