Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qərb ölkələri qarşısında iki seçim qoydu

69
(Yenilənib 20:16 15.07.2017)
"Hərbi çevriliş təşəbbüsünü dəstəkləyən Fətullah Gülən və müridlərini..."

BAKI, 15 iyul — Sputnik. "İkitərəfli münasibətlərimizə və təməl dəyərlərə uyğun olmayan şəkildə Türkiyənin dostluğuna xəyanət etməyin heç bir izahı yoxdur". APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümü ilə bağlı "Guardian" qəzetində dərc olunan məqaləsində yazıb.

Ərdoğan qeyd edib ki, hərbi çevrilişə cəhddən bir il sonra Türkiyə demokratik dəyərlərinə sahib çıxıb: "Bir il əvvəl milyonlarla vətəndaş siyasi və mədəni ayrı-seçkiliyi bir kənara qoyaraq, Konstitusiyanı dəyişməyə çalışan, günahsız insanlara atəş açan və parlamenti bombalayanlara qarşı dirəniş göstərdi. Türk xalqı bir olub silahlı qrupun demokratiyaya, suverenliyə və yaşayış tərzinə təsir göstərməsinə mane oldu. Hərbi çevrilişin qarşısının alınması həm də demokratiya tarixində dönüş nöqtəsidir".

Türkiyə prezidenti bildirib ki, Qərb liderləri terrorçularla əlbir olmaq, ya da türk xalqının inamını yenidən qazanmaq arasında seçim etməlidir: "Qərb ölkələrinin ikiüzlülüyü və ikili standartları azadlıq üçün ayağa qalxan türk millətini həddən artıq narahat edib. Hökumətimizin hərbi çevriliş təşəbbüsünü dəstəkləyən Fətullah Gülən və müridlərini ədalətə təslim etmə cəhdləri yalnız Türkiyə üçün deyil, dünyanın hər yerindəki demokratlar üçün önəmlidir".

69
Teqlər:
15 iyul hadisələri, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Qərb ölkələri, prezident
Əlaqədar
Millət vəkili: “Şükürlər olsun ki çevriliş cəhdi baş tutmadı”
Prezident beynəlxalq qurumu çevriliş cəhdində ittiham etdi
Səudiyyə Ərəbistanında gözlənilməz "çevriliş": vəliəhd dəyişdi
ABŞ-da inanılmaz ssenari: hərbi çevriliş
Çevriliş cəhdinə laqeyd qalan Qərb HDP-lilər üçün niyə ayağa qalxdı?
Qaralov: Türkiyədəki çevriliş cəhdinin araşdırılmasında aktiv fəaliyyət göstəririk

Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

7
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.

7
Gürcüstanda epdimioloji vəziyyət

Gürcüstanda COVID-19-un üçüncü dalğası başlayıb

4
Son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb.

BAKI, 11 aprel - Sputnik. Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb. Hökumət üçüncü dalğanın daha böyük fəsadlara səbəb olmaması və genişmiqyaslı epidemiyaya çevrilməməsi üçün tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib. Baş epidemioloq cəmiyyəti tətbiq olunan qaydalara riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, son sutka ərzində Gürcüstanda 707 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 288 min 396-ya çatıb. Onların da 277 min 303-ü müalicə olunub. Koronavirusdan son sutka ərzində 8 nəfər dünyasını dəyişib.

4
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

0
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0