Trampın Fransa prezidentinin xanımına dedikləri gündəm yaratdı

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın Makronun xanımına dediyi komplimenti bir neçə dəfə təkrarlaması dünya mediasında əsas gündəmə çevrilib

BAKI, 15 iyul — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronun xanımı Bricitə dediyi sözlər qalmaqal yaradıb.

Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, Donald Tramp Emmanuel Makronun 64 yaşlı həyat yoldaşı Bricit Makrona “Yaxşı görünürsüz. Gözəlsiniz” sözlərini deyib və bunu iki-üç dəfə təkrar edib.

Trampın Makronun xanımına dediyi komplimenti bir neçə dəfə təkrarlaması dünya mediasında əsas gündəmə çevrilib.

Sosial şəbəkələrdə ABŞ prezidentinin bu addımı şorgözlüklə əlaqələndirilib.

Xəbər lenti
0