Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hava limanında rus turistin başına oyun açdılar

Abunə olmaq
Ancaq sərhədçilər turist qadının sözlərinə inanmayıb və iki gün müddətində deportasiya edilənlər üçün nəzərdə tutulmuş yerə, qapalı şəraitdə saxlayaraq həyat yoldaşı ilə görüşməsinə belə icazə verməyiblər

BAKI, 14 iyul — Sputnik. Antalya hava limanında qəribə hadisə baş verib. Belə ki, iyulun 11 də Rusiyadan Türkiyəyə istirahətə gələn rus qadın hava limanında saxlanılıb. Rus turist 2 gün Antalya hava limanında qapalı şəraitdə saxlanılıb. Sputnik Azərbaycan Rusiya mətbuatında istinadən xəbər verir ki, Yekatrinburqda yaşayan Olqa və Dmitri Volkovlar iyulun 11–i Antalyaya gəliblər. Anacaq Türkiyə hava limanında sərhədçilər rus turisti saxlayıb. Tərcüməçi rus qadına bildirib ki, onu Türkiyəyə buraxa bilməzlər. Çünki 2012-ci ildə Volkovlar ailəsi Türkiyədə qanun pozuntusuna yol veriblər.

Turist qadının sözlərinə görə, o sərhədçilərə sübut etməyə çalışıb ki, ilk dəfə Türkiyədə 2013-cü ildə olub və o zamanlar qadının soyadı Makarova imiş. Ancaq sərhədçilər turist qadının sözlərinə inanmayıb və iki gün müddətində deportasiya edilənlər üçün nəzərdə tutulmuş yerə aparıblar və qapalı şəraitdə saxlayaraq həyat yoldaşı ilə görüşməsinə belə icazə verməyiblər.

Tursit qadın bildirib ki, onun pasportunda ad, soyad və doğum tarixi 2012 ci ildə Türkiyədə qanun pozuntusuna yol vermiş qadınla eyni olduğu üçün o bu xoşagəlməz hadisəni yaşayıb. İki gün saxlandıqdan sonra qadın 18 min rubl (505) manat ödəyərək geri qayıdıb. Səyahət pulunu geri almaq mümkün olmadığı üçün qadın həyat yoldaşının istirahətə getməsini məsləhət görüb. Özü isə bildirib ki, bir daha Türkiyəyə addım atmayacaq.

Xəbər lenti
0