Ər-Riyad

Səudiyyə şahzadəsi dünyasını dəyişdi

15365
(Yenilənib 12:06 14.07.2017)
Əbdürrəhman bin Əbdüləziz əl Suud 1983-2011 illəri arasında Müdafiə və Aviasiya Nazirinin Müavini vəzifələrini icra edib

BAKI, 14 iyul — Sputnik. Səudiyyə Ərəbistanı şahzadəsi Əbdürrəhman bin Əbdüləziz əl-Suud dünyasını dəyişib. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, əl-Suud 86 yaşında həyatını itirib.

Məlumata görə, mərhumun cənazə namazı Məkkə şəhərində yerləşən müqəddəs Məscid-ül Haramda qıınacaq.

Qeyd edək ki, Əbdürrəhman bin Əbdüləziz əl Suud 1983-2011-ci illər arasında müdafiə və aviasiya nazirinin müavini vəzifəsini icra edib.

15365
Teqlər:
Əbdürrəhman bin Əbdüləziz əl-Suud, vəfat, Səudiyyə Ərəbistanı, şahzadə
Əlaqədar
Səudiyyə şahzadəsi ev həbsinə salındı
İran Səudiyyə Ərəbistanını yalanladı: saxlanılanlar hərbçi deyil
Səudiyyə Ərəbistanında gözlənilməz "çevriliş": vəliəhd dəyişdi
Səudiyyə - İran münaqişəsi qaynar fazaya keçir
Səudiyyə Ərəbistanından sürpriz Qətər qərarı
Səudiyyə - Qətər gərginliyi pik nöqtəyə çatdı, radikal qərar verildi
Ərdoğan Səudiyyə Ərəbistanına elə mesaj göndərdi ki...

Ümumdünya bikini günü: SSRİ dövrünün maraqlı fotoları

44
(Yenilənib 19:44 05.07.2020)
Yetmiş dörd il əvvəl mini çimərlik paltarı – bikini hazırlanıb. Bu paltar təkcə çimərlik və podiumlarda deyil, insan beyinlərində də əsl inqilaba səbəb olub. Sputnik Azərbaycan-ın fotolentində SSRİ-də bikinini necə geydiklərinə baxın

Hər il iyulun 5-də Ümumdünya bikini günü qeyd edilir. Bu tarix təsadüfi deyil. Çünki 1946-cı ildə məhz bu gün fransalı mühəndis Lui Rear bir birindən ayrı mini çimərlik geyimi təqdim edib. Həmin geyim bikini adlandırılıb. Bikinini 19 yaşlı model Mişelin Bernandini nümayiş etdirib. Lui Rear isə nümayiş üçün Mişelini uzun müddət dilə tutub. Çünki o zaman üçün açıq-saçıq sayılan geyimdə ictimaiyyət qarşısına çıxmaq asan məsələ deyildi.

Lui Rear geyimə adı təsadüfən tapıb. O, amerikalıların Sakit okeandakı Bikini adasında növbəti nüvə sınağı keçirdiklərini eşidib. Onun fikrincə bu çimərlik paltarı da partlayış effekti verməliymiş və o, səhv etməyib.

Bikininin meydana çıxması birmənalı qarşılanmayıb. İspaniya, İtaliya, Portuqaliya kimi katolik ölkələrdə bikini qadağan edilib. Almaniyada insanlar arasına bikinidə çıxan qadınları ictimai işlərə cəlb edirlərmiş. ABŞ-da isə polislər çimərlikləri gəzərək, belə geyimdə olan qadınlara cərimə yazırmışlar.

On il keçəndən sonra vəziyyət dəyişib. Qadınlar daha tez-tez çimərlik gecələrində bikinilərdə peyda olmağa başlayıblar. 1956-cı ildə “Və Allah qadını yaratdı” filmində Bricit Bardo bikinidə peyda olandan sonra isə dəb vurğunları Sen-Trope və İtaliya Rivyerasına axışıblar

44
  • © Sputnik / Yuryi Abramochkin

    Yaxtada gəzinti zamanı çimərlik geyimində olan qızlar

  • © Sputnik / Vladimir Akimov

    Krasnodarda Tuapse çimərliyində gimnastika, 1963-cü il.

  • © Sputnik / B. Elin

    Soçidə bikinidə istirahət edən qız

  • © Sputnik / Vladimir Akimov

    Krımın Qara dəniz sahili.

  • © Sputnik / Georgiy Ter-Ovanesov

    Sovet aktrisası Natalya Seleznyova ""I" əməliyyatı və Şurikin digər macəraları" filmində, 1965-ci il.

  • © Sputnik / M. Nachinkin

    "Poltavselstroy" trestinin işçiləri istirahətdə

  • © Sputnik / Iakov Berliner

    Yurmalada istirahət edənlər, Latviya, 1975-ci il.

  • © Sputnik / Miranskiy

    Su xizəyi üzrə dünya çempionu Natalya Rumyançeva, 1985-ci il.

  • © Sputnik / Yu. Kravchuck

    Qızlar "Zerenski" istirahət evinin çimərliyində.

  • © Sputnik / Alexander Mokletsov

    Qurzufda çimərlikdə qızlar, 1971-ci il.

  • © Sputnik / N. Rakhmanov

    Piçundada pansionatda istirahət edənlər, 1982-ci il.

  • © Sputnik / Sviridov

    Latviya. Riqa, 1958-ci il.

  • © Sputnik / V. Kalinin

    "Gənclik" Beynəlxalq düşərgəsinin çimərliyi. Xəzər dənizinin sahili.

  • © Sputnik / Alexander Mokletsov

    Gəmidə gəzinti.

  • © Sputnik / Vasily Malyshev

    SSRİ-də 1956-cı ilin yaz-yay dəbi.

  • © Sputnik / Aleksandr Pogotov

    "Taqanroq gözəli -88"in qalibi Oksana Kolomenskaya.

  • © Sputnik / Boris Ushmaykin

    Dombayda istirahət edənlər.

  • © Sputnik / Yakov Berliner

    Fotoqraf Yakov Berlinerin "İncəlik" şəkli.

İranda COVİD-19-da ölən şəxs, arxiv şəkli

İranda ölənlərin sayı durmadan artır Yeni rekord

7
(Yenilənib 18:33 05.07.2020)
Son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

BAKI, 5 iyul – Sputnik. İranda son sutka ərzində koronavirusa yoluxanlardan 163-ü həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində İranda 2 min 560 nəfərdə virusa yoluxma aşkar edilib ki, onlardan da 163 nəfəri ölüb. Bununla da İranda yoluxanların ümumi sayı 240 min 438 nəfə, ölənlərin sayı isə 11 min 571-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 198 min 949 nəfər isə sağalaraq evə buraxılıb.

İranın bəzi mətbuat orqanları qeyd edirlər ki, koronavirusa yoluxan və qeydiyyata düşməyən adamlarda var. Əsasən regionlarda yoluxan və ölənlərin sayı rəsmi məlumatda göstərilənlərdən çoxdur.

7
Mövzu:
Dünyanı cənginə almış bəla
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Xüsusi karantin tətbiq edilən bütün ərazidə 190 manat ödəmə veriləcək

0
(Yenilənib 21:49 05.07.2020)
Xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana  yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

BAKI, 5 iyul – Sputnik. Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində bildirib.

Nazir deyib ki, bununla bağlı artıq qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu ödəmə işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə veriləcək.

Beləliklə, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana  yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

Onu da bildirək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-ək uzadılıb.

0